19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Maksim Medvedev: "Bəxtimiz gətirdi ki, qol buraxmadıq"

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda evdə "Rudar"la 0:0 bərabərə qalan “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev jurnalistlərin suallarını cavablandırıb. 

- "Rudar"la ilk görüşdə qələbə qazana bilmədiniz. Oyun haqda nə deyə bilərsən?

- Rəqib özünü yaxşı tərəfdən göstərdi. Demək olar ki, “Rudar”ın qapısı önündə yüz faizlik qol vəziyyəti yarada bilmədik. Hiss olunurdu ki, rəqib bizi yaxşı analiz etmişdi. İlk turlarda komandalar hər zaman bizə qarşı evdə belə oynayır. Çalışacağıq ki, cavab matçında daha yaxşı oynayaraq qələbə qazanaq. İnanıram ki, “Rudar” da ilk görüşdən fərqli olaraq doğma meydanında açıq futbol oynayacaq.

- Qələbə qazanmaq üçün nə çatmadı?

- Bircə qol çatışmadı. 

- Yeni transferlərin komandaya tam uyğunlaşmaması səbəbindən “Qarabağ”ın bu oyunda bütün gücünü ortaya qoya bilmədiyini söyləmək olar? 

- “Qarabağ” elə klubdur ki, əsas heyətdən hansısa futbolçu zədələnəndə və ya yeni futbolçu daxil olanda oyun sistemi dəyişir. Komandanın oyunundan da gördünüz ki, bəzi mövqelərdə futbolçu çatışmırdı. İnanıram ki, gələn oyunda bu hiss olunmayacaq. Bütün futbolçular tapşırıqlarını düzgün yerinə yetirəcəklər.

- Cavab matçında komandaların şanslarını necə dəyərləndirirsən?

- Fikrimcə şanslar 50/50-dir. Rəqib bizdən çəkinirdi. Ona görə də müdafiəyə çəkilmişdilər. Bizim də onda bəxtimiz gətirdi ki, qol buraxmadıq. Səfərdə vuracağımız bir qol bizim üçün üstünlük olacaq.
 
-  Ötən mövsümdəki “Qarabağ”la indiki arasında hansısa fərq var?

- Siz hansısa fərqi hiss edə bilərsiniz. Mənim üçün eyni komanda olaraq qalıb. Sadəcə bəzi futbolçular dəyişib və fərqli futbol nümayiş etdirməyə başlamışıq. Amma yenə də futbolçular bir-birilərini yaxşı başa düşməlidirlər. 

- Sabiq komanda yoldaşın Leroy Corcla müqayisədə Dani Kintana ilə meydanda daha az anlaşırdın...

- Leroy Corcla meydanda birgə çox oynamışıq. Dani isə komandaya yeni qoşulub. Onunla ancaq məşq prosesində bir yerdə oynamaq imkanımız olub. Onlar tam fərqli futbolçular olduğu üçün anlaşılmazlıqlar olur. Tək mən yox digər futbolçular da çətinlik çəkirdi. Oyunboyu ona harada dayanmalı olduğunu deyirdim. İnanıram ki, Dani gələn matça hər şeyi analiz edib, daha yaxşı nəticə göstərəcək.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30