29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Roman Qriqorçuk: “Hücum futbolu oynayacağıq”

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Çukariçki” (Serbiya) ilə səfər oyunundan əvvəl “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun iştirakı ilə mətbuat konfransı keçirilib. Futbolxeber.az ukraynalı mütəxəssisin fikirlərini təqdim edir:

- Belə oyunlarda əvvəldən favorit və ya şanssız komanda haqda danışmaq olmaz. Düşünürəm ki, mərhələnin startına qədər şanslar bərabər olur. “Çukariçki” haqda kifayət qədər məlumatımız var. Çox ciddi rəqibdir. Onlar bir mərhələ adlayıb ki, bu da fikrimi təsdiqləyir. Rəqibin oyunçu seçimi, məşqçi işi, oyunun təşkili, komandada görülən işi aydın görünür. “Çukariçki” aqressiv futbol nümayiş etdirir. Sabit heyətə malik komanda xeyli müddət oynaması ilə seçilir. Rəqibimiz çox sadə yolla rəqibi təzyiq altına salmağa çalışır. Top sürətlə rəqib qapısı önünə çatdırılır, komanda güclü mübarizə aparır. Bilirik ki, çox çətin oyun olacaq. Azərbaycanın aparıcı klubları hücum futbolu nümayiş etdirib, baxımlı, məzmunlu, maraqlı və kombinasiyalı oyun sərgiləyir. Bizim oyun üslubu hücum futboludur. İstəyirik ki, hücumda daha çox vaxt keçirək, rəqib qapısı önündə oynayaq. İndi elə mərhələdəyik ki, futbolçular arasında anlaşmanı artırmaq üçün zaman lazımdır. “Çukariçki” ilə qarşılaşmada da hücum etmək niyyətindəyik. Çünki dəqiq əminik ki, bizim üstünlük verdiyimiz və nail olmaq istədiyimiz üslub nəticə verir. Biz ideal saydığımız hücum futbolu oynayacaq, buna çalışacağıq. Heyətimizdə kifayət qədər təcrübəli oyunçular var. İndi mübarizə apardığımız turnirin qalibi olan futbolçu - Aleksey Qay da komandamızda çıxış edir. Belə beynəlxalq oyunlar təcrübəsinə malik futbolçuların heyətdə olması yaxşıdır.

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31