19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Azərbaycanlı hakim viza ala bilmədiyinə görə Çempionlar Liqasının oyunundan kənarda qaldı

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin APOEL (Kipr) - “Vardar” (Makedoniya) oyununda hakim dəyişikliyi olub. Futbolxeber.az-ın məlumatına görə, FİFA dərəcəli hakimimiz Rəhim Həsənov bu görüşə yollanmayıb.

Azərbaycanlı hakimlər briqadasının idarə edəcəyi matça Həsənov 4-cü hakim kimi təyinat almışdı. Lakin referi viza problemi ilə üzləşdiyi üçün onun Kiprə səfəri baş tutmayıb. Əvəzində isə sabiq FİFA hakimi Fariz Yusifova təyinat verilib. Yusifov uzun müddətli fasilədən sonra yenidən beynəlxalq səviyyəli oyunda iştirak edəcək.

Qeyd edək ki, bu gün keçiriləcək APOEL - “Vardar” qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Mübariz Həşimov kömək edəcəklər.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30