26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

İntizam Komitəsinin növbəti iclası keçirilib

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az xəbər verir ki, intizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilmişdir:

Topaz Premyer Liqasının XXIII turunun “Bakı” – “Neftçi” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasının XXIII turunun “Simurq” – “Qarabağ” oyunun 63-cü dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).

Oyunun 81-ci dəqiqəsində “Simurq” klubunun 20 №-li futbolçusu Rəşad Eyubov simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasının XXIII turunun “Rəvan” – “Xəzər Lənkəran” oyununun 74-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 10 №-li futbolçusu Elnur Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasının XXIII turunun “Qəbələ” – “İnter” matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Əvəzedici heyətlərin çempionatında XXIII turun “Rəvan” – “Xəzər Lənkəran” oyununun 68-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 42 №-li futbolçusu Kamran Abdulzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 37.1).

Əvəzedici heyətlərin çempionatında XXIII turun “Bakı” – “Neftçi” oyununun 67-ci dəqiqəsində “Bakı” klubunun 19 №-li futbolçusu Elşən Rzazadə  kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 90+2-ci dəqiqəsində “Neftçi” klubunun 26 №-li futbolçusu Kərim Diniyevlə “Bakı” klubunun 22 №-li futbolçusu Zahid Sadıxov bir-birini təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 3 oyunluq cəzalanır, klublar 1000 manat cərimə olunur (maddə 42.1).

Əvəzedici heyətlərin çempionatında XXIII turun “Kəpəz” – AZAL matçında AZAL klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Azərbaycan I Divizionunun XVII turunun “Göyəzən” – “Ağsu” matçında “Göyəzən” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Azərbaycan I Divizionunun XVII turunun “Şuşa” – “Bakılı” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). 

Azərbaycan I Divizionunun XVII turunun “Neftçala” – “Lokomotiv” matçında “Lokomotiv” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Azərbaycan I Divizionunun XVII turunun “Qaradağ Lökbatan” – “Energetik” matçının 87-ci dəqiqəsində “Energetik” klubunun 16 №-li futbolçusu Tural Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Azərbaycan I Divizionunun XVII turunun “Tərəqqi” – MOİK matçı başa çatdıqdan sonra “Tərəqqi” klubunun 20 №-li futbolçusu İlkin Verdiyevin hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3). 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30