25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

AZAL-dan 32-ci tur rekordları

 

Premyer Liqanın 32-ci turu AZAL-ın rekordları ilə əlamətdar oldu. Futbolxeber.az-ın məlumatına görə, “Kəpəz”i 4:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi rekordları da sıralayıb:
 
*Bakılılar çempionatlar tarixində “altılıq” mərhələsini məğlubiyyətsiz bitirən 2-ci komanda oldu. 2 il əvvəl bunu ikinci “altılıq”da çıxış edən “Qəbələ” bacarmışdı. 1995/96, 1998/99 və son 4 mövsümdə tətbiq olunan bu sistemdə məğlubiyyətsiz başqa komandalar olmayıb.
 
*AZAL “altılıq” mərhələsini 28 xalla bitirərək “Kəpəz”in 1998/99 mövsümündəki 25 xallıq rekordunu arxada qoyub. Bununla da ölkə futbolunda yeni mütləq rekord müəyyənləşib.
 
*AZAL final mərhələsində ardıcıl 8 qələbə qazanan ilk Azərbaycan klubu olub.
 
*AZAL “altılıq”da 9 qələbə qazanan ilk komanda kimi tarixə düşüb.
 
*“Altılıq”da 25 qol vuran AZAL 1995/96 mövsümündə 24 qol vuran “Kəpəz”in rekordunu yeniləyərək mütləq göstəriciyə imza atdı.
 
*AZAL tarixinin ən uzun qələbə seriyasını müəyyənləşdirdi. Bakılılar 2007/08 mövsümündə 2 dəfə 5 qələbəni sıralamışdı – 1-5-ci turlarda və 15-19-cu turlarda.
 
* Ardıcıl 8 qələbə mövsümün də rekordudur. 18-22-ci turlarda “Neftçi”, 24-27-ci turlarda isə “Qarabağ” 5 qələbə sıralamışdı. AZAL bu göstəriciləri 3 qələbə üstələdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30