25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Qəbələ” ilə müdafiə futbolu oynamaq olmaz”

“Qəbələ”nin sabiq futbolçusu Lyubo Branin Serbiya mətbuatına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Serbiya çempionatının bürünc mükafatçısı “Çukariçki” Avropa Liqasının II təsnifat mərhələsində vaxtilə şərəfini qoruduğunuz “Qəbələ” ilə qarşılaşacaq. Təmsilçimizin şansını necə qiymətləndirirsiz?

- “Çukariçki”nin mərhələ keçmək şanslarını o zaman saxlayacaq ki, öz meydanında sərfəli nəticə ilə qalib gəlsin. Çünki qələbə Serbiya klubunu növbəti mərhələyə daha da yaxınlaşdıracaq.

- Ümumilikdə Azərbaycan futbolu haqda nə deyə bilərsiz?

- Azərbaycanda futbolçuların müqavilələri 500-800 min dollar arasındadı. Düzdü, daha yaxşıları da var. Orada klub rəhbərlərinin böyük seçimi var.

- “Qəbələ”də xeyli müddət çıxış etmisiz. Hətta komandanın kapitanı olmusuz...

- Mən ailəm, qızımla birlikdə orda qalırdım. Kluba bağlanmışdım, oranın iqlimi, mentaliteti, mədəniyyətinə də öyrəşmişdim.

- Siz klubdan ayrılandan orda çox şey dəyişib?

- Klubda çalışan dostlarımda daim əlaqədəyəm. Orda baş verənlərdən xəbərim var. Bu klub da təxminən “Çukariçki” kimi eyni yolla inkişaf edib. “Qəbələ”nin gördüyü işlər də diqqət çəkir. Klubun idman mərkəzi “Zemun”unkundan təxminən 3 dəfə böyükdü.

- Azərbaycan və Serbiya futbolunu müqayisə edərdiz?

- Azərbaycan klubları aqressiv, sürətli futbol oynayır. Lakin texniki cəhətdən bizim oyunçulardan geri qalırlar.

- “Çukariçki” nəyin sayəsində qalib gələ bilər?

- Düzgün taktika seçməklə buna nail olmaq mümkündü. Müdafiə futbolu oynamaq isə qətiyyən olmaz. Mərhələni yalnız hücum futbolu ilə adlamaq olar. İlk oyundan maksimum yararlanmaq lazımdı. Çünki Azərbaycanın iqlimi cavab matçında bizimkiləri təəccübləndirib, həlledici ola bilər.

- “Çukariçki” - “Qəbələ” oyununda hansı komandaya azarkeşlik edəcəksiz?

- Hisslərim ikili olacaq. Xatirələrim məni həyatımın ən yaxşı 4 ilini keçirdiyim “Qəbələ”yə tərəf çəkir. Lakin ürəyim məni bir neçə dostumun da yer aldığı “Çukariçki”yə və serb futboluna azarkeşlik etməyə səsləyir.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30