28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Zirə” ilk yoxlama oyununda qələbə qazandı

"Zirə” FK Premyer liqaya hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Dalğa Arena”da baş tutan qarşılaşmada rəqib 19 yaşa qədər futbolçulardan ibarət Azərbaycan yığması olub. Qarşılaşmanın 6-cı dəqiqəsində Rəşad Abdullayevin künc zərbəsi ilə ötürdüyü topu Sadiq Quliyev qapıdan keçirib – 1:0. Hissənin sonlarında isə Rəşad Abdullayev uzaq məsafədən baxımlı qola imza atıb - 2:0.

Oyunun 2-ci hissəsində “Zirə”nin baş məşqçisi Adil Şükürov meydana gənc və yeniyetmə futbolçuları buraxib. “Zirə”nin tam üstünlüyü müşahidə olunsa da, fasilədən sonra hesab dəyişməyib. Beləliklə, “Zirə” yay hazırlıq dönəmində keçirdiyi ilk yoxlama oyununda 2:0 hesabı ilə qələbə qazanıb. Viktor İqbekoyi, Tellur Mütəllimov və Aleksandr Şemonayev zədəli olduqları üçün qarşılaşmada iştirak etməyiblər.

Xatırladaq ki, “Zirə” Premyer liqaya hazırlıq çərçivəsində təlim-məşq toplanışının 2-ci mərhələsini Türkiyədə keçirəcək. İyulun 15-də Ərzuruma gedəcək komanda, qardaş ölkədə 4 yoxlama oyunu keçirəcək və ayın sonunda vətənə dönəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31