28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ” “Çukariçki” ilə oyunun hazırlığına start verdi

“Qəbələ” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin hazırlıqlarına start verib. Futbolxeber.az-ın məlumatına görə, “Qırmızı-qaralar” Serbiyanın “Çukariçki” klubu ilə səfərdəki ilk oyunun hazırlığına Qəbələdə başlayıb. I təsnifat mərhələsinin “Dinamo” (Tiflis, Gürcüstan) ilə cavab oyunundan (2:0) sonra iki günlük istirahətə buraxılan futbolçular iyulun 12-də axşam məşqində bir araya gəlib. Roman Qriqorçukun yetirmələri əvvəl fiziki hazırlıq keçib, ardınca topla çalışıb. Məşqdə komandanın bütün futbolçuları iştirak edib. “Qırmızı-qaralar” növbəti məşqini bu gün keçirəcək.

Xatırladaq ki, “Çukariçki” - “Qəbələ” oyunu iyulun 16-də Çukaritsada keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31