25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Qəbələ”də yeni məşqçi

“Qəbələ”nin əvəzedici komandasının baş məşqçisi Ramin Quliyevin köməkçisi və qapıçılarla işləyən məşqçisi müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, bu vəzifələri müvafiq olaraq, Elmar Baxşıyev və Vüqar Məmmədov icra edəcək. “Qırmızı-qaralar”ın sabiq futbolçusu olan Baxşıyev komandanın məşqçilər korpusuna yeni təyin olunub. Məşqçilik karyerasına “Neftçi”nin U-19 komandasında başlayan 35 yaşlı çalışdırıcı “Qəbələ”nin əvəzedicilərinin məşqçisi kimi fəaliyyət göstərəcək. Futbolçu karyerasını “qırmızı-qara” formada bitirən Baxşıyev 2012-ci ilin əvvəlində gəldiyi komandamızda 28 matç keçirib. Bu oyunlardan 9-u 2011/12, 19-u 2012/13 mövsümünə təsadüf edib. O, “Qəbələ”dəki bütün qarşılaşmaları Premyer Liqa çərçivəsində keçirib. Bunadək isə yarımmüdafiəçi “Şəfa” (1997-1999), “İnter” (1999-2007), “Xəzər Lənkəran” (2007-2008) və “Neftçi”nin (2008-2011) şərəfini qoruyub. Baxşıyev Premyer Liqada 268 matçda 9 qol vurub. 2004-2009-cu illərdə Azərbaycan millisinin formasını geyən orta sahə oyunçusu 32 qarşılaşmada iştirak edib. 2005-ci ildən “Qəbələ”də çalışan Məmmədov isə əvəzedici komandada fəaliyyətini davam etdirəcək. 2013-cü ilin yayından əvəzedici komandanın çalışdırıcısı olan Məmmədov postunda qalıb. Futbolçu kimi “Kəpəz” (1985-1987, 1990-1995, 1996-2001), Bakı MOİK-i (1987-1990) və “Şəmkir” (1995-1996) klublarında çıxış edən 46 yaşlı Məmmədov 1994/1995 mövsümündə Azərbaycan çempionu, 1993/1994 mövsümündə kuboku qazanıb.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30