24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Dünən tək “Qəbələ” yox, bütün Azərbaycan qazandı YAZI

Dünən Azərbaycan klubları Avroliqada I təsnifat mərhələsi çərçivəsində cavab oyunlarını keçirdilər. “Neftçi” Podqoritsada nəticə etibarı ilə fiaskoya uğrasa da, “Qəbələ” və “İnter” üzərinə düşəni etdi. İndi eyni uğuru hər iki təmsilçimizdən növbəti mərhələdə də gözləyirik.

TƏŞKİLATÇILIĞA SÖZ OLA BİLMƏZ

“Qəbələ” - “Dinamo” görüşü haqda çox yazılıb, çox deyilib. Qısaca olaraq, mən də fikilərimi hörmətli oxucularımızla bölüşmək istədim. İlk öncə klub rəhbərliyinə minnətdarlıq düşür. Təşkilatçılıq çox yüksək səviyyədə idi. Jurnalistlərin rahatlığı üçün klub rəhbərliyi lazım olan hər şeyi etmişdi. Mətbuata verdikləri dəyərə görə sağ olsunlar. Ayrı-ayrılıqda kimisə fərqləndirmək istəməzdim. Klubdakı hər kəs öz sahəsində üzərinə düşəni artıqlaması ilə etdi.

1 "DAŞ"LA 2 "QUŞ" VURULDU

Məlum bayraq qalmaqalından sonra görüş zamanı gürcülərin cavabsız qalmayacağı gözlənilən idi. Elə də oldu. Özü də necə deyərlər, 1 daşla 2 quş vuruldu. Həm ötən il “Bakcell Arena”da gürcülərin açdıqları xəritənin cavabı verildi, həm də təhqir olunan Azərbaycan bayrağının qisası alındı.

“AZƏRBAYCAN BİR OLSUN, İSTƏMƏYƏN KOR OLSUN”

Oyunun başlamasına yarım saat qalmış tribunadakı vəziyyət ürəkaçan deyildi. Çoxlarının fikri eyni idi: satışa çıxarılan 4490 bilet satılmayıbsa, tribunalar boş qalacaqsa, hansı azarkeşlikdən danışmaq olar? Amma oyunun start fiti səslənənə yaxın anşlaq olacağı dəqiqləşdi. Azarkeşlər oyun boyu “Qəbələ”yə möhtəşəm dəstək verdilər. Təsadüfi deyil ki, oyundan sonra jurnalistlərin suallarını cavablandıran “Qəbələ”nin bütün futbolçuları dəstəyə görə azarkeşlərə minnətdarlıq etdilər. Özü də 90 dəqiqə boyunca azarkeşlər təkcə “Qəbələ”nin futbolçularına dəstək olmurdular. Həm də vətənimizin, Azərbaycanımızın lehinə şüarlar səsləndirirdilər. Ən çox bəyəndiyim isə daha çox Təbrizdə eşitdiyimiz “Azərbaycan bir olsun, istəməyən kor olsun” şüarının daha çox səslənməsi oldu.

“DİNAMO” “SƏDD”İ KEÇİLDİ, AMMA…

88 dəqiqə azarkeşləri intizarda saxlayan “Qəbələ” sona yaxın vurduğu 2 qolla növbəti mərhələyə vəsiqəni təmin etdi. Amma komanda hələ də istənilən səviyyədə oyun sərgiləmir. X     üsusən də hücum planında axsama olduğu hiss olunur. Bu gün “Qəbələ”də “vuran ayaq” problem var. Elə oyundan sonra klub prezidenti Tale Heydərov, vitse-prezident Fariz Nəcəfov da bunu təsdiqlədilər. Nəcəfov ilk oyundan sonra olduğu kimi, cavab matçında da yeni transferlərdən tam razı qalmadığını gizlətmədi. Roman Qriqorçuk “Qəbələ”ni daha yaxşı vəziyyətə gətirməlidir. Əks halda, klub rəhbərliyinin çəkdiyi əziyyətin bəhrəsi elə 1 mərhələ adlamaq olacaq.

HAMI BİR İDİ…

Biz futboldan yazırıqsa, hər şeydən öncə həm də azarkeşik. Üstəlik, ortada Azərbaycanın adı, nüfuzu, yandırılan bayrağı varsa... Qəbələdə ən çox diqqətçəkən məqamlardan biri hər kəsin qələbə yolunda birləşməsi idi. Bəli, lazım olanda biz birləşməyi bacarırıq. Dünən buna bir daha şahid olduq. Hər kəs Azərbaycan, “Qəbələ” və qələbə yolunda birləşdi və uğuru da birgə qazandı. Mən hansısa oyunda həmkarlarımın vurulan qolu bu cür sevinlə qeyd etməsini xatırlamıram…

Gecə saatlarında Qəbələni tərk edərkən hər birimizin əhval-ruhiyyəsi yüksək idi. Bəlkə də başqa vaxt olsaydı, o cür gərgin qrafikdə işləyə bilməzdik. Amma həm “Qəbələ”nin, həm də digər klubumuz “İnter”in mərhələ adlaması (o zaman “Neftçi” hələ qanımızı qaraltmamışdı-red.) yorğunluğumuzu hiss etdirmirdi. Ümid edirik ki, iyulun 23-də də eyni əhval-ruhiyyədə olacağıq.  

Sonda bir daha istər jurnalistlərin Tiflisə, istərsə də Qəbələyə səfərini təşkil edən klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. Sağ olun ki, mətbuata belə dəyər verirsiz.

İBRAHİM

Bakı-Qəbələ-Bakı




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30