19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Layiqli cəzalarını alacaqlar”

“Qəbələ” klubu dünən “Dinamo” ilə oyunda baş verən insidentlə bağlı bəyanat yayıb. Futbolxeber.az klubun rəsmi saytında yer alan bəyanatı olduğu kimi təqdim edir:

UEFA Avropa Liqası çərçivəsində 09.07.2015 tarixində keçirilən “Qəbələ” – “Dinamo” (Tbilisi) matçında baş verən hadisələri çox təəssüf hissi ilə qarşıladıq. Matçdan öncə ən yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülsə də, Azərbaycan və Gürcüstanın dostluq münasibətlərinə xələl gətirmək istəyən qüvvələr, Tbilisidə olduğu kimi, Qəbələ şəhər stadionunda da öz işlərini gördülər. Bir qrup təxribatçı tərəfindən Gürcüstanın dövlət atributlarının təhqir olunması və siyasi şüarlar qaldırılması bu işin bir hissəsi kimi qəbul olunmalıdır. Əvvəllər də olduğu kimi, indi də bu cür hadisələr klublarımız, ölkələrimiz arasındakı sıx əməkdaşlığa, xalqlarımız arasındakı dostluğa təsir göstərməyəcək. Dünənki matçdan öncə və sonra hər iki klub nümayəndələri arasındakı xoş münasibət, rəqabətin nəticədən asılı olmayaraq, yalnız meydançada olduğunun sübutudur.

İnanırıq ki, bu cür hadisələrə yol verənlər hər iki ölkədə aşkar ediləcək və layiqli cəzalarını alacaqlar. Bir daha baş vermiş hadisədən təəssüfləndiyimizi bildiririk.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30