19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Fariz Nəcəfov: “Meydanda 1 komanda var idi”

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Futbolxeber.az saytının Qəbələyə ezam olunmuş əməkdaşına müsahibə verib.

- “Qəbələ” Tiflis “Dinamo”sunu mübarizədən kənarlaşdırdı. Görüşlə bağlı fikirləriniz necədir?

- Uşaqlar nə lazımdısa, onu da etdilər. Əvvəldən də  deyilmişdi ki, xarakter nümayiş etdirilməlidir. Meydanda 1 komanda var idi. Futbolçulara mübarizə əzminə görə təşəkkür edirəm. Biz cütün taleyini Tiflisdə həll etməliydik. Müəyyən səhvlər buna imkan vermədi. Əsas odur ki, işin öhdəsindən gəldik.

- Sona yaxın qol gecikdikcə mərhələ adlamaqdan əlinizi üzmüşdünüz?

- Yox. Bilirdim ki, qol olacaq. Təbii ki, futbolda hər bir nəticə mümkündür. Amma mən əvvəldən uğur qazanacağımıza inanırdım. Çünki neçə gündür komandanın yanındayam, uşaqların çəkdikləri əziyyəti görürəm.

- İlk oyundan sonra Tiflisdə sizinlə söhbətimizdə yeni transferlərdən razı qalmadığınızı bildirmişdiniz. Bu gün (söhbət dünən olub-red.) necə, onların çıxışı size qane etdi?

- Yenə də tam razı qalmadım. Onlardan daha çoxunu gözləyirəm. Oyunlar keçdikcə istədiyimiz kimi çıxış edəcəklərinə inanıram.

- Razısız ki, hazırda “Qəbələ”nin əsas problem hücumdadı?

- Razıyam.

- İkinci mərhələ öncəsi hücumçu transfer olunacağını gözləmək olar?

- 1 hücumameyilli futbolçu ilə danışıqlar yekunlaşmaq üzrədir. Qarşıdakı günlərdə transfer reallaşmalıdır. Amma növbəti mərhələ üçün onu sifariş edə biləcəyimizi dəqiq söyləmək çətindir. Vaxt məsələsinə görə çatdırıb-çatdırmayacağımızı bilmirəm.

- Həmin futbolçu Julius Vobaydı?

- Yox. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30