19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Cavid Hüseynov: “Ayağımızın altında sürünürdülər”

“90 dəqiqə ərzində oyunda diqtə edən tərəf biz idik. Ayağımızın altında sürünürdülər”. Futbolxeber.az-ın Qəbələyə ezam olunmuş əməkdaşına verdiyi açıqlamada bu sözləri “Qəbələ”nin kapitanı Cavid Hüseynov deyib.

Tiflis “Dinamo”suna qalib gəldikləri oyun haqda danışan Hüseynov, səfərdə bəxtsizlik səbəbindən yenildiklərini vurğulayıb: “Tiflisdə bəxt hesabına əlimizdən çıxdılar. Amma bu dəfə istəyimizə çatdıq. Komanda yeni formalaşdığı üçün səfərdə məğlub olmuşduq. Bu gün kimin kim olduğunu sübut etdik. Bütün Azərbaycan gördü ki, gürcüləri nə kökə saldıq”.

Hüseynov bayraq qalmaqalının komandanın motivasiyaslına müsbət təsir etdiyini bildirib: “Bütün diqqətimizi oyuna yönəltmişdik və yalnız matç sona çatdıqdan sonra tribunalarda baş verənlərdən xəbər tutdum. Təbii ki, bu məqam motivasiyamızı artırdı. Bu gün triubanalarda yaşananlardan xəbərsizəm. Çünki bütün diqqətimizi oyuna yönəltmişdim”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30