25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Svanadze: “Müdafiədə oturmaq fikrim fikrimiz yoxdu”

Bakının “İnter” klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsi cavab qarşılaşmasında öz meydanında Albaniyanın “Laçi” klubunu qəbul edəcək. Futbolxeber.az-ın məlumatın agörə, “bankirlər”in baş məşqçisi Zaur Svanadze oyundan əvvəl apasport.az saytının suallarını cavablandırıb.

-Oyunla bağlı ümumi fikirlərinizi bildirin...

-Çətin oyun olacaq, ilk oyun göstərdi ki, rəqibimiz heç də zəif komanda deyil. Ancaq bizim də məqsədimiz bəllidi. Doğma meydanda yaxşı nəticə qazanıb mərhələni keçən tərəf olmaq istəyirik.

-Rəqibi təhlil edə bilmisinizmi? İlk oyundan sonra müəyyən məlumatlar varmı?

-İlk oyunun təhlilini apardıq, futbolçularla bir yerdə matçın lent yazısını izlədik, müəyyən analizlər apardıq. Demək olar ki, rəqibi tam öyrənmişik. Komanda olaraq sabahkı qarşılaşmaya hazırıq.

-Heyətlə bağlı hansısa bir problem varmı?

-Heyətlə bağlı ciddi problem yoxdu. Fomenkonun olmayacağı dəqiqdi, zədə ucbatından matçı buraxacaq, onun yerində Nizamini oynatmağı düşünürük.

-Əsas heyəti müəyyənləşdirmisinizmi?

-Heyət bəllidi, artıq fikrimdə oyunun planı tam hazırdı. Ümumiyyətlə, kimin oynamasından asılı olmayaraq, hamı hazırdı, fərqi yoxdu əsas heyət oyunçusu və ya ehtiyatda oturacaq futbolçu. Kim kimi əvəz etsə komanda yoldaşının yerini layiqincə dolduracaq.

-Klubun ətrafında son vaxtlar baş verən hadisələrdən sonra azarekşlərin sizə olan inamı bir xeyli azalmışdı. Ancaq səfərdəki sərfəli bərabərlik komandaya olan inamı yenidən qaytarmaq üzrədi. Onların bu inamını yenidən sarsıtmaqdan qorxmursunuz ki?

- Çalışacağıq ki qələbə qazanaq. İlk oyundan sərfəli hesabla dönmüşük, burda da bu üstünlüyümüzdən maksimum istifadə etmək istəyirik. Futbolçularım məsuliyyətlərini dərk edirlər. Çalışacağıq ki, azarkeşlərimizə layiq oyun göstərək və mərhələni keçən biz olaq.

- Turu keçmək üçün evdə qolsuz bərabərlik də sizi qane edəcək, düşünmək olarmı ki, müdafiə futboluna üstünlük verib, 0:0-a hesablanmış bir oyun izləyəcəyik?

- Xeyr, qəti elə fikrimiz yoxdu, öz evimizdə oynayırıq, komanda olaraq baxımlı, azarkeşlərimizə xoş gələcək hücum futbolu oynayacağıq. Ancaq təbii ki, müdafiə planında da diqqətli olacağıq.

- Məlumdu ki, bir həftə çox qısa bir zamandı, ancaq bu müddətdə komandada hansısa bir dəyişiklik, inkişaf olubmu? Bir həftədə nə dəyişib?

- Əlbəttə, bir həftə qısa müddətdi inkişafa nail olmaq üçün. Ancaq səmimi deyim ki, bir həftə ərzində “İnter”in oyun planında müəyyən inkişaf olub. Birlikdə keçirdiyimiz məşqlərdə komanda olaraq daha da artırmışıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30