29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Kəpəz” AZAL-ı da məğlub etdi

İyul ayının 7-də “Kəpəz” təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. Futbolxeber.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, komanda “Dalğa Arena”da AZAL-la qarşılaşıb. Görüşə erkən qollarla başlayan “sarı-göylər” 10-cu və 14-cü dəqiqələrdə rəqibi oyuna meydanın mərkəzindən başlamağa məcbur edib. Əvvəlcə gənc futbolçu Tural Rzayev dəqiq zərbə ilə hesabı açıb. Bir qədər sonra Şəhriyar Rəhimov topu “təyyarəçilər”in qapısına göndərməklə hesabı artırıb.

İkinci hissədə AZAL buraxılan qollardan yalnız birinin əvəzini çıxıb. 11 metrlik cərimə zərbəsindən Tagim Novruzov fərqlənib - 2:1.

Xatırladaq ki, bu “Kəpəz”in Bakı toplanışında ikinci qələbəsi olub. “Kəpəz” ilk yoxlama oyununda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etmişdi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31