19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“İnter”in prezidentinin Azərbaycandan çıxmasına qadağa qoyulub?

“İnter”in prezidenti Georgi Nikolovun Azərbaycandan çıxışına qadağa qoyulduğu barədə xəbərlər yayılıb. Məlumatda deyilir ki, bu, “İnter”ə sponsorluq edən Beynəlxalq Bankla bağlı araşdırmalara görədir. Georgi Nikolovun Avroliqanın birinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Laçi”yə qarşı baş tutan matça yollana bilməməsi də bununla bağlıdır. Belə ki, Nikolov komanda ilə birgə səfərə getmək istəsə də, hava limanından geri qaytarılıb.

Yayılan məlumatlarla bağlı “İnter”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov Futbolxeber.az saytına bunları deyib: “Yayılan xəbərlər həqiqəti əks etdirmir. Nikolov heç Albaniyaya getmək fikrində olmayıb. Hazırda “İnter”dəki sıxıntılar hər kəsə məlumdur. Ona görə də Georgi Nikolov Albaniyaya getməkdənsə, Bakıda qalaraq klubun gələcək taleyi ilə bağlı məsələləri həll etməyə üstünlük verib”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30