29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Şahin Diniyev: “Buradakı işimizi qurtarmışıq”

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Futbolxeber.az saytına müsahibə verib.

- Komandanız yoxlama oyununda “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldi. Qarşılaşma haqda nə deyə bilərsiz?

- Bu oyunda nəticə önəmli deyildi. Çünki səhər də komanda fiziki hazırlıq üzrə məşq keçmişdi. Futbolçular vicdanla işləyirlər. Unutmayaq ki, komanda sıfırdan yığılıb. Bakıdakı ilk oyunumuz idi və qələbə qazanmaq xoşdur. Ancaq qələbədən çox, uşaqların özünü meydana fəda etməsi xoşuma gəldi.

- “Sumqayıt”la görüşün 90 deyil, 80 dəqiqə oynanılmasına səbəb nə idi?

- Hər iki komanda hazırlığa təzə başlayıb. Əvvəl fikirləşirdik ki, hər hissədə 35 dəqiqə oynayaq. Amma sonradan 40-da razılaşdıq. Çünki belədə əvəzetmələrə də vaxt qalırdı.

 - Artıq 5 gündür ki, Bakıda təlim-məşq toplanışındasız. Geridə qalan müddətdə hazırlıq prosesinin gedişatı sizi razı salır?

- Gündə 2 dəfə məşq edirik. Futbolçulara ağır məşqlər keçirik. Hələ ki, ancaq fizik hazırlığa diqqət yetiririk. Taktiki məşqlər keçməmişik. Yalnız 1 məşqdə cərimə zərbələri üzərində işləmişik ki, bunun da bəhrəsini “Sumqayıt”la oyunda vurduğumuz qolda gördük.

- Geridə qalan müddətdə istədiyiniz komandanı nə dərəcədə formalaşdıra bilmisiz?

- Komanda hələ formalaşmayıb. Mütləq güclənmək lazımdı. 4 mövqeni gücləndirməliyik. Futbolçu çatışmazlığından “Sumqayıt”la matçda müəyyən futbolçuları məcburən başqa mövqedə oynatdıq. Bəxtiyar Soltanovu hücumda, Şəhriyar Rəhimovu isə sol yarımmüdafiəçi mövqeyində.

- Konkret hansı mövqeləri gücləndirmək fikriniz var?

- 4 mövqedə, ümumilikdə isə 5 futbolçuya ehtiyacımız var. Güclü qapıçı, hücumçu və 2 cinah oyunçusu transfer etməliyik. Eləcə də 20, 21 yaşlı bir futbolçunu heyətə qatmalıyıq. Çünki limitə yaşı düşən yeganə futbolçumuz hazırda Azad Kərimovdur. Hazırda komandada olan uşaqlardan razıyam. Lakin heyətimiz mütləq güclənməlidir.

- Transfer etməli olduğunuz 4 futbolçunun hamısı legioner olacaq?

- Yerli oyunçu transferini demək olar ki, tamamladıq. Çünki axtardığımız mövqeyə Azərbaycanda futbolçu yoxdu. Maraqlandığımız oyunçuların hamısının klubları ilə müqavilələri var. Ona görə legionerləri transfer etməliyik.

- Hazırda danışıq apardığınız futbolçular var?

- Gözaltı etdiklərimiz var. Onlardan xahiş etmişik ki, ayının 10-una kimi gözləsinlər. Transfer pəncərəsi açıqdı. Yaxşı futbolçuların digər klublardan da təklifi var. Onları itirməmək üçün xahiş etmişik ki, bizi gözləsinlər.

- Bu gün Premyer Liqanın bəzi klublarında maliyyə sıxıntısı var. Bu baxımdan “Kəpəz”də vəziyyət necədir?

- Bizdə də müəyyən sıxıntılar var. Rəhbərliklə bu haqda danışığımız olub. Ayın 7-sinə kimi bütün məsələlərə aydınlıq gəlməlidir. Onsuz da transfer edəcəyimiz legionerlər bahalı olmayacaq. Minimum məbləğə əcnəbiləri heyətə qatacağıq.

- “Kəpəz” Türkiyəyə təlim-məşq toplanışına yollanacaq?

- Türkiyə toplanışından imtina etməmişik. Elə bu məsələ də ayın 7-də həll olunmalıdır. Biz buradakı işimizi qurtarmışıq. İndi güclü rəqiblər lazımdı ki, yoxlama oyunlarında gücümüzü sınayaq və səhvlərimizi görək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31