23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Dinamo" Azərbaycan bayrağının təhqir olunması ilə bağlı bəyanat yayıb

Gürcüstanın "Dinamo" (Tbilisi) futbol klubu Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Azərbaycanın "Qəbələ" klubu ilə keçirilən oyundan sonra baş verən insidentlə bağlı bəyanat yayıb. Futbolxeber.az-ın “Report”a istinadən verdiyi məlumata görə, klub iyulun 2-də baş verən hadisəni pisləyir və belə halların iki ölkə arasındakı mövcud münasibətlərə xələl gətirməyəcəyinə ümid edir.

"İlk növbədə qeyd etmək istəyirik ki, klub fiziki zorakılıq və ardınca Gürcüstana dost olan ölkənin rəmzlərinin təhqir edildiyi insidenti pisləyir. Bizdə olan məlumatlara görə dəqiq deyə bilərik ki, klubla əlaqəli olan "Qladiator" fan-klubunun üzvlərinin hazırki insidentə aidiyyəti yoxdur.

Hadisələr "Dinamo Arena"dan kənarda baş verib və müvaifq olaraq "Dinamo" klubu təşkilatçı olaraq bu fakta görə məsuliyyəti öz üzərinə götürə bilməz. Stadionda asılmış bannerlərdən birinə gəldikdə isə (Tribunada Zaqatala və Qaxın "bayrağı" asılıb) bununla bağlı stadionun təhlükəsizlik xidməti operativ tədbirlər görərək banneri tribunalardan yığışdırıb.

Ümid edirik ki, belə hallar iki ölkə arasında mövcud olan münasibətlərə və onların idman keçmişinə, bu gününə və gələcəyinə xələl gətirməyəcək", - deyə klubun bəyanatında bildirilir.

Qeyd edək ki, iyulun 2-də "Dinamo" - "Qəbələ" matçından sonra gürcü olduğu bildirilən fanatlar Azərbaycan komandasının azarkeşlərini söyərək döyməyə başlayıblar. Ardından isə onlar fanatlardan birinin əlindən Azərbaycan bayrağını alaraq ayaq altına atıblar və tapdalamağa başlayıblar.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, kənarda duran polis əməkdaşları baş verənlərə heç bir reaksiya verməyib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30