28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Sector 11”i rahat buraxın... YAZI

“Dinamo” - “Qəbələ” oyununu işıqlandırmaq üçün Tiflisə yollanan jurnalistlər arasında mən də var idim. Oyunsonrası gərgin iş qrafiki səbəbindən azərbaycanlı azarkeşlərə hücum olunmasından, bayrağımızın onların əlindən alınmasından sonradan xəbər tutduq.

Bayrağımızın təhqir olunması qəbuledilməz haldır. Gürcülər ardıcıl ikinci ildir ki, Avroliqa matçlarında insident törədirlər. Hər millətin pisi də var, yaxşısı da. Amma fakt budur ki, artıq ikinci dəfə gürcülər qaşınmayan yerdən qan çıxardırlar. Bu məsələyə bir dəfəlik son qoymaq vaxtı çatıb.

Digər tərəfdən isə anlamağım məqam məlum qalmaqalda iştirak edən, daha da dəqiqləşdirsəm, gürcülərin hücumuna məruz qalan “Sector 11”in üzvləridir. Onların tənqid hədəfi seçilməsini anlamaq çətindir. Başa düşürəm, bayrağı onlardan alıblar. Amma bir anlıq düşünün, 4 nəfər 30, 40 nəfərin cavabını necə verməli idi? Ötən il gürcülər gəlib Bakıda plakat açanda harda idiz? Niyə cavablarını verməmişdiz?

“Sector 11” buraxılmalıdır” fikrini də qəbul edə bilmərəm. Çünki “Sector 11” bu günə kimi Azərbaycanda heç bir azarkeşin, fan-klubun etmədiklərini edib. Onlar da getdi, sonra nə olacaq? Bununla gürcülərin əlinə keçən bayrağımız geri qayıdacaq?

“Sector 11”də yer alan uşaqlardan yalnız Atanur Cəfərlini tanıyıram. Neçə illərdi. O vaxt “Bakı”nı dəstəkləyirdi. İndi isə Azərbaycan idmanını dəstəkləyir. “Sector 11” öz hesabına səfərlərə gedir və Azərbaycan klublarını yalnız buraxmır. Elə Tiflisə də öz hesablarına getmişdilər. Ümid edirəm ki, bu sualım heç kimin xətrinə dəyməyəcək. Amma görən “Qəbələ” canımdı” deyən azarkeşlərdən neçə nəfəri Gürcüstan paytaxtına öz hesabına yollanmışdı? Mən bilən “Qəbələ”li fanatların da səfər xərcini klub rəhbərliyi ödəyib...

2010-cu ildən “Sector 11” futbol millimizi, avrokuboklarda çıxış edən klublarımızı, futzal yığmamızı, voleybol komandalarımızı dəstəkləyir. Daha əvvəl Gürcüstana, Türkiyəyə, Ukraynaya öz hesablarına yollanıblar. Gürcüstanda “Neftçi”ni, Türkiyədə futbol millimizi, Ukraynada “Qarabağ”ı dəstəkləyiblər. İndi isə siz deyirsiz ki, “Sector 11” buraxılmalıdır. Onsuz da Azərbaycanda ciddi azarkeş problemi var bəylər. Bu, faktdır. Çempionat oyunlarında boş qalan tribunalar futbolumuzun ən böyük problemlərindən biridir. Azsaylı həqiqi azarkeşlər var və siz deyirsiz ki, onlar da getsinlər. Məncə, bunu onlardan tələb etməyə haqqınız yoxdur. Ən azı ona görə ki, ilk növbədə Azərbaycan üçün onlar sizdən daha çox iş görüblər. İstidə avtobusda, soyuqda qatarda “Sector 11”in uşaqları səfərə çıxanda, siz televizor qarşısında futbola baxıb, özünü fanat saymısız.

Sonda 2 məqama toxunmaq istədim. “Sector 11” “Qarabağ”a dəstək olmaq üçün Kiyevə yollanarkən onlarla birgə “Neftçi” azarkeşi olan Vüqar Rəcəbzadə də var idi. Oyundan sonra metroda Vüqar ukraynalı azarkeşlərin hücumuna məruz qalmışdı. Ukraynalılar Vüqardan Rəşad Sadıqovun formasını almaq istəyirdilər. Həmin vaxt bu hadisəni 1-2 sayt işıqlandırdı, ya işıqlandırmadı.

Futzal millimizin son seçmə mərhələ oyunları Bakıda keçirilirdi. Yığmamızın qrupdakı ilk görüşündən sonra tribunadan biri çökmüşdü və orada təmizləyici işləyən bir qadın xəsarət almışdı. Oyundan sonra “Sərhədçi” İdman Kompleksinin rəhbərlərindən biri hadisəyə görə fanatları ittiham edirdi. O, hətta azarkeşləri təhqi etməkdən belə çəkinmirdi. Təvazökarlıqdan uzaq olsa da, deyim ki həmin vaxt azarkeşlərin müdafiəsinə qalxan “Futbolxeber”in əməkdaşı olmuşdu. Çünki həmin şəxsin iddia etdiyi kimi bu fanatlar qışqırmaq müqabilində kimdənsə 5-10 manat pul almırlar...

Futbolxeber.az

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31