20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Zaur Əzizov: “İndi yeni transfer yox, cavab oyunu barədə düşünürük”

“İlk oyunda məğlub olduq. Amma inanıram ki, mərhələni keçən biz olacağıq. Cavab oyununda daha yaxşı oynayacağımızı düşünürəm”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.

Klub rəsmisi qeyd edib ki, ilk oyunda 10 nəfərlə uduzmaları komandada hər hansı psixoloji gərginlik yarada bilməz: “Hər iki tərəfin qol vurmaq üçün şansları oldu. Kaş ki uduzmazdıq. Bununla belə, cavab oyunu tam fərqli olacaq. Hər hansı psixoloji gərginliyin olacağını düşünmürəm”.

Əzizov yeni transferlər haqda da danışıb: “Qəbələ”dəki ilk rəsmi matçları idi. Biz onların əvvəlki oyunlarını görmüşük. Nəyə qadir olduqlarını bilirik. Komanda şəklində oyunumuzda inkişaf olacağına əminəm”.

“Qəbələ”nin baş meneceri daha bir neçə futbolçu ilə danışıq apardıqlarını qeyd edib: “Transferlərlə bağlı hələlik heç bir yenilik yoxdur. Maraq dairəmizdə olan təkcə Julius Vobay deyil. Ondan başqa da maraqlandığımız futbolçular var. Amma bütün bunlarla sonra məşğul olacağıq. Onsuz da “Dinamo” ilə ikinci oyunda hazırkı heyətlə oynamalıyıq. İndi yeni transfer yox, cavab oyunu barədə düşünürük”.

Zaur Əzizov sonda “İnter”dən ayrılan Derlis Meza Kollinin “Qəbələ”yə keçidinin baş tutmamasının səbəbi haqda da danışıb: “Vaxtı ilə onunla maraqlanırdıq. Daha dəqiq desəm, ötən mövsüm başa çatdıqdan sonra. Amma keçid baş tutmadı və məsələ elə həmin vaxt qapandı. Problem pulda deyildi. Sadəcə, o, bizdən vaxt istəmişdi. Ailə məsələsi də var idi. Bu isə bizə sərf etmirdi. Çünki bizim gözləmək üçün çox vaxtımız yox idi. Yekunda da məsələ elə həmin vaxt bitdi”.

 
 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30