24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Kaxaber Sxadadze: “Qəbələ”nin hücum xətti çox zəifləyib”

Gürcüstan millisinin baş məşqçisi, “İnter”in keçmiş çalışdırıcısı Kaxaber Sxadadze Futbolxeber.az-ın Tiflisə ezam olunmuş əməkdaşına müsahibə verb:

- “Dinamo” “Qəbələ” üzərində qələbə qazandı (2:1). Görüşlə bağlı nə deyə bilərsiz?

- “Dinamo” çox gənc komandadır. 10 nəfərlə qalsalar da, 2 qol vurmağa müvəffəq oldular. Bu, heç də kiçik uğur deyil. Gördüklərimdən məmnunam. “Dinamo”da milliyə namizəd futbolçular var. Onların çıxışını bəyəndim. “Qəbələ”də 8 əcnəbi meydana çıxmışdı, “Dinamo”da isə cəmi 1 legioner vardı. Komandanın orta yaş həddi 20-dir. Əksər futbolçular cavandı. Onların səviyyəsi güclüdü. Gürcüstanlı yeniyetmə futbolçular istedadına görə azərbaycanlı yaşıdlarından daha güclüdürlər.

- Cavab oyunu barədə nə düşünürsünüz?

- İkinci oyun çox çətin keçəcək. Buraxılan qol “Dinamo”nun işini çətinləşdirib. “Dinamo” Qəbələdə də qol vurmağa çalışacaq. Bunu bacarsalar, “Qəbələ” öz meydanında böyük problemlə üzləşəcək.

- Hazırkı komanda mövsümü üçüncü pillədə başa vuran “Qəbələ”dən çox fərqlənir?

- “Qəbələ”nin hücum xətti çox zəifləyib. Mendinin gedişi özünü göstərir. Üstəlik, Dodo da tam bərpa olmayıb. Bu isə “Qələbə” üçün böyük problemdi. Mən onlardan çox şey gözləyirdim.Amma elə olmadı. Belə götürəndə, topa nəzarət edən tərəf “Qəbələ” idi. Amma hücumu sona çatdırmaqda çətinlik çəkirdilər. Rəqib azlıqda qaldıqdan sonra “Qəbələ” təzyiqi artırmalı idi. Əvəzində isə 2 qol buraxdılar

- Hazırkı “Qəbələ”nin əsas problemi nədir?

- Komandanın içində olmadığımdan dəqiq nəsə deyə bilmərəm. Mənm üçün əsas öz futbolçularıma baxmaq idi. 3-4 oyunçu var ki, onlar milliyə potensial namizədlərdir.

- “Dinamo” və “Qəbələ” arasındakı ilk matça canlı olaraq stadiondan tamaşa etdiniz. Sizi cavab oyunu zamanı da stadionda görə biləcəyik?

- Həmin oyunda da stadionda olmağı planlaşdırıram. Qəbələyə yollanacağam.

- Yəqin ki, Kaxaber Sxadadze “Dinamo”nun mərhələ adlamasını istəyir.

- Mən “Dinamo”nu dəstəkləyəcəyəm. Necə olacağını isə zaman göstərək.

- “Qəbələ”nin heyətində meydana çıxan keçmiş futbolçunuz Arif Daşdəmirov haqda fikirləriniz necədir?

- Pis deyildi. Arif son zamanlar milliyə də dəvət alır. İnanıram ki, “İnter”dəki kimi “Qəbələ”də də onun karyerası uğurlu alınacaq.

- “İnter”in “Laçi” ilə necə oynamasından xəbəriniz var? (söhbət həmin oyunun başa çatmasından 20-25 dəqiqə sonra baş tutub-red.)

- Oyunun 1:1 hesabı ilə başa çatdığından xəbərdaram. Albaniya klubu “İnter”in “diş”inə görədi. Özü də komanda təkcə bu deyil, həm də ikinci mərhələni uğurla adlamalıdır. 5 il ərzində qazanılan reytinq xalları imkan verir ki, ilk 2 mərhələdə “İnter” özündən daha zəif rəqiblərlə qarşılaşsın.

- Deməli, hələ də “İnter”lə ciddi şəkildə maraqlanırsınız?

- “İnter” mənim üçün əziz komandadır. Hazırda keçmiş köməkçim komandanın baş məşqçisidir. Cahangir Hacıyev komandaya rəhbərlik etdikcə, mən hər zaman “İnter”i dəstəkləyəcəyəm.

- Oğlunuz Baçana “İnter”in düşərgəsinə qayıtmayacaq?

- Yəqin ki, yox.

- Onun klubla müqaviləsi davam edir axı...

- Müqavilənin olması doğrudur. Amma klubun da futbolçu önündə öhdəlikləri var. Maaşlarını almadıqları üçün futbolçular azad agentə çevrilirlər. Hazırda Baçana 2-3 klubla danışıqlar aparır. Tezliklə onun yeni iş yeri müəyyənləşəcək.

- Həmin 2-3 komanda arasında Azərbaycan klubu var?

- Mən oğlumun işlərinə qarışmıram. Ona görə də sualınıza dəqiq cavab verər bilmərəm. Həmin klubların adlarından xəbərsizəm. Belə məsələlərdə Baçana azaddır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30