19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Xəzər Lənkəran” 4 yeni futbolçunun yolunu gözləyir

Türkiyənin Kapadokya bölgəsində yeni mövsümün hazırlığını davam etdirən “Xəzər Lənkəran” toplanışın beşinci günündə də məşqlərini səhər və axşam olmaqla iki hissəyə bölüb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorrenin rəhbərliyi altında müxtəlif fiziki təmrinləri və çalışmaları yerinə yetirən futbolçular axşam məşqində isə baş məşqçi Yunis Hüseynovun taktiki tapşırıqlarını yerinə yetirirlər.

Bu gün də daxil olmaqla qarşıdakı üç gündə komandanın düşərgəsinə dörd yeni futbolçunun gəlməsi gözlənilir. Qapıçı mövqeyi də daxil olmaqla yarımmüdafiəçi və hücumçu mövqeyini gücləndirmək üçün dəvət olunan futbolçular haqqında son qərarı baş məşqçi Yunis Hüseynov verəcək. Bu arada, “Xəzər Lənkəran”ın toplanış müddətində ilk sınaqçı rəqibi artıq bəllidir. Komanda iyulun 8-də Türkiyənin “Kayserispor” klubunun A2 komandası ilə qarşılaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30