29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Hüseynov: “Dinamo” zəif rəqib deyil”

“Hazırkı “Qəbələ” mövsümü bürünc medalla bitirən komandadan fərqlənir. Ən azı ona görə ki, heyətimizdə böyük dəyişikliklər olub. Bəzi futbolçularımız getdi, yeni oyunçular gəldi. Ancaq məşqlərimiz əvvəlki səviyyədə davam edir”. Futbolxeber.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ Ik Qəzeti"nə açıqlamasında ötən mövsümdə Qəbələ təmsilçisinin bombardiri olan Cavid Hüseynov deyib.

27 yaşlı yarımmüdafiəçi Ərzurumda keçirilən təlim-məşq toplanışının faydalı olduğunu və komandanın Avropa Liqasına yaxşı hazırlaşdığını bildirib: “Yeni transferlərimiz məşqlərdə, yoxlama matçlarında yaxşı təsir bağışladılar. Ancaq onlara əsl qiyməti rəsmi matçlar verəcək. Avropa Liqasının ilk mərhələsində qarşılaşacağımız Tiflis “Dinamo”su zəif rəqib deyil, futbol ənənələri, böyük uğurları olan klubdur. Buna görə də, gürcülərlə sınağa ciddi hazırlaşmışıq. İstəyimiz “Dinamo”nu keçib, növbəti mərhələyə çıxmaqdır”.

“Dinamo”da heyətin böyük hissəsinin gənc futbolçulardan təşkil olunmasına toxunan Cavid rəqibi yaxşı təhlil etdiklərini də deyib: “Dinamo”nun heyəti, əsasən, gənc futbolçulardan qurulub. Gənclər olan yerdə bir qayda olaraq, fiziki hazırlıq ön plana çəkilir. Üstəlik, gürcü futbolçular həmişə texnikalı oyunla seçiliblər. Baş məşqçimiz rəqibi təhlil edərək, bizə məlumat verib. Onların zəif nöqtələrini araşdırıb, oyunu bunun üzərində quracağıq. İstənilən halda, Tiflis klubu keçiləsi rəqibdir. Mən “Dinamo”nu bizim üçün münasib rəqib sayıram. Ancaq arxayınlaşmaq olmaz, oyuna ciddi yanaşmaq lazımdır”.

Komandanın yeni kapitanı ilk oyunu səfərdə keçirəcək “Qəbələ” üçün bunu üstünlük saymır. Ümumiyyətlə, təcrübəli futbolçu belə matçlarda ilk oyunu harada keçirməkdə fərq görmədiyini bildirib: “Doğrudur, futbolda belə qəbul olunub ki, ilk oyunu səfərdə keçirmək daha yaxşıdır. Bu da ona görədir ki, məsələn, səfərdə 1:2 hesabı ilə uduzub, evdə 1:0 qalib gəlsən, mərhələ keçmək olur. Ancaq şəxsən mənim üçün birinci matçı evdə, yoxsa səfərdə keçirməyin fərqi yoxdur”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31