8 Aprel 2026, Çərşənbə
Mirça Luçesku dünyasını dəyişdi
Abbasov hirsindən planşeti qırdı
Berdiyev: "Çox vacib xallar itirdik"
"Qarabağ" 7 qolla qalib gəldi

Ölkə futbolu

Millimiz Qazaxıstanda ikinci oldu

Qazaxıstanın Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci yeri tutub. Futbolxeber.az-ın məlumatına görə, İspaniya yığmasına qarşı keçirilmiş final oyununun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. 44-cü dəqiqədə komandamızın kapitanı Elçin Əsədov cərimə zərbəsindən ötürülən topu başla qapıdan keçirib. 60-cı dəqiqədə rəqib komandanın kapitanı Manuel Morlanes hesabda tarazlıq yaradan qolu vurub. Qarşılaşma bu hesabla yekunlaşdığı üçün turnirin Əsasnaməsinə uyğun olaraq qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha sərrast yerinə yetirən ispaniyalı futbolçular 4:1 (ümumi nəticə - 5:2) hesabı ilə qələbə qazanaraq “Prezident kuboku” turnirinin qalibi olub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30