18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Yaşar Seyidov: “İstərdik ki, yetirmələrimizin çoxu Avropada oynasın”

“Nurlan Novruzovla söhbətimiz olub, kompensasiya məsələsi yoluna qoyulub”. Futbolxeber.az-ın məlumatına görə, bunu apasport.az saytına “Bakı”nın icraçı-direktoru Yaşar Seyidov deyib.

Ötən mövsüm “Bakı”nın heyətində Azərbaycan Premyer Liqasının bombardiri (15 qol) olan Nurlan Novruzovun Türkiyə klubu “Elazığspor”a keçidini dəyərləndirən “zolaqlılar”ın rəsmisi bu məsələdə problem yaranmayacağını bildirib: “İnşallah, Nurlanın keçidi alınar, Türkiyədə uğurlu karyera qurar. Biz də bununla fəxr edərik. Biz istərdik ki, yetirmələrimizin çoxu Avropada oynasın. Kompensasiya ilə bağlı Nurlanla razılığa gəlmişik. Müqaviləni bağlayıb gələndən sonra yəqin ki, bu məsələ həll olunacaq. Heç bir problem olmayacaq. Kompensasiya məbləği barədə isə heç nə deyə bilmərəm. Çünki bu haqda məlumatım yoxdu”.

Seyidov onu da söyləyib ki, bütün yetirmələri başqa kluba transfer zamanı “Bakı”nın razılığını almalıdı: “Son illər “Bakı” Nurlan Novruzov, Namiq Ələsgərov, Vüqar Mustafayev, Vüqar Bəybalayev kimi gəncləri yetişdirib, üzə çıxarıb. Bu səbəbdən də oyunçularımızla kompensasiya məsələsi barədə danışmışıq. Nurlan kimi oyunçularımızın xaricə yollanmasına yalnız sevinərik. Onlara da əvvəlcədən bildirmişik ki, getmələrində heç bir problem yoxdu”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30