19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Yalnız “Hafnarfyordur”... YAZI

... VƏ YA GÖRÜNMƏMİŞ PÜŞK

Bu gün Avropa Liqasında təkcə I yox, II təsnifat mərhələsinin də püşkü atıldı. "İnter"in potensial rəqibi "Seynajoki" (Finlandiya) - "Hafnarfyordur" (İslandiya), "Qəbələ"də "Domjale" (Sloveniya) - "Çukariçki" (Serbiya), "Neftçi"də isə "Kukesi" (Albaniya) - "Torpedo" (Belarus) cütünün qalibidir. Burada diqqətimi çəkən bir sıra məqamlar oldu.

Əvvəla, turnirdəki təmsilçilərimiz növbəti mərhələyə keçərlərsə, püşkə əsasən ilk oyunları yenə səfərdə olacaq. Mümkün rəqiblərə nəzər salsaq, onların demək olar hamısı bizim üçün yeni komandalardır. Çünki onlar indiyədək avrokuboklarda Azərbaycana rəqib olmayıb. İstisna yalnız "Hafnarfyordur" təşkil edir. Belə ki, İslandiya klubu 10 il öncə Çempionlar Liqasının (ÇL) ilk təsnifat mərhələsində "Neftçi"ylə görüşüb. Bakı təmsilçisi hər 2 oyunda - evdə 2:0, səfərdə 2:1 hesabı ilə qalib gəlmişdi. Yeri gəlmişkən, bu, Azərbaycanın avrokuboklarda mərhələni hər iki matçda qələbə qazanmaqla keçdiyi ilk hal kimi tarixə düşdü.

Digər potensial rəqiblərin təmsil etdiyi ölkələrə gəlincə, məsələn, "Neftçi"ylə düşən Albaniya ilə Belarusla indiyədək hərəyə 1 dəfə Azərbaycanla üzləşib. Bu, "Skenderbeu" ilə "Minsk"in timsalında olub. Özü də Albaniya ilə sınaq 2 il öncə ÇL-də "Skenderbeu" ilə görüşən "Neftçi" üçün uğursuz olub. Bakıda qolsuz bərabərlik edən Azərbaycan çempionu səfərdə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı. Belarus isə 2011-ci ildə "Minsk"lə Avroliqada AZAL-dan üstün olmuşdu - səfərdə 1:1, evdə 2:1.

Elə hazırkı rəqiblərə də nəzər salsaq, ilk dəfə görüşmək tendensiyası müşahidə olunur. Çünki "Qarbağ"ın ÇL-də rəqibi olan "Rudar" (Çernororiya), "İnter", "Qəbələ" və "Neftçi"nin düşdüyü "Laçi" (Albaniya), "Dinamo" (Tiflis, Gürcüstan) və "Mladost" (Çernoqoriya) heç vaxt təmsilçilərimizlə üzləşməyib. Yəni ümumiləşdirsək, budəfəki püşkü görünməmiş saymaq olar.

Əslində, ÇL-də də ilk 2 mərhələnin püşkü atıldı. Sadəcə, Avroliqadan fərqli Avropanın ən nüfuzlu klub turnirində Azərbaycan təmsilçisi ilk mərhələdən azaddır. Buna görə mübarizəyə II təsnifat mərhələsində vaşlayan "Qarabağ" növbəti rəqibini mərhələ keçəndən sonra biləcək. Özü də Avroliqadan fərqli ÇL-də III mərhələyə keçən komanda ən azı 4 oyunu özü üçün təmin edir. Çünki komanda ÇL-də həmin mərhələdə yenilsə belə, avrokuboklardan kənarlaşmayacaq və mübarizəni Avroliqanın son təsnifat mərhələsində davam etdirmək hüququ qazanacaq.

Mehman SÜLEYMANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30