29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Hammarbü” “şok”da: Nurlan Novruzov Türkiyə yolunda

Azərbaycan Premyer Liqasında 2014/15 mövsümünün bombardiri olan Nurlan Novruzov özünə yeni komanda tapıb. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, 22 yaşlı hücumçu karyerasını Türkiyədə davam etdirə bilər.

“Bakı”nın heyətində ötən mövsüm 15 qol vuran Novruzov ölkə daxilində heç kimə lazım olmadığını başa düşüb, xaricə üz tutub. Belə ki, milli komandamızın baş məşqçisi Robert Prosineçkidən sonra yerli klublar da onun xidmətinə ehtiyac duymayıblar.

Mövsümün sonlarına yaxın “Hammarbü”dən dəm vuran Nurlan, görünür, həmin komandanın İsveçin ən köklü klublarından biri olduğunu unudub. Bu uydurma hekayənin isə sonu məlum idi. Maraqlıdı ki, “Hammarbü” rəsmiləri onu tanımadıqlarını bildirsələr də, Nurlan israrla İsveçə gedəcəyini deyirdi. Ancaq deyəsən, hava limanında “yanlış təyyarəyə minib”, Türkiyəyə yollanıb.

Məlum məsələdi ki, Nurlan Novruzovu Türkiyə Superliqasının yaxınına belə buraxmazlar. O da bunu yaxşı dərk etdiyi üçün birinci liqada çıxış edən “Elazığspor”la anlaşıb. Bəli, doğru oxudunuz, Azərbaycanın ən yaxşı hücumçusu olduğunu iddia edən və bunu Prosineçkiyə də göstərəcəyini deyən futbolçu heç Azərbaycan Premyer Liqası səviyyəsində olmayan liqada oynamaq qərarına gəlib.

Nurlan “Elazığspor”la anlaşsa da, bu keçid baş tutmaya bilər. Çünki onun “Bakı” ilə müqavilə müddəti davam edir. “Zolaqlılar” isə “möhtəşəm” Türkiyə karyerasına başlamaq üçün ondan 40 min dollar tələb edir. Əks təqdirdə, Nurlanın xəyalları puç olacaq, “usta qolçuluğunu” türkiyəlilərə nümayiş etdirə bilməyəcək.

Qeyd edək ki, geridə qalan mövsümdə Cavid İmamverdiyev icarə əsasında “Elazığspor”da çıxış etmişdi. Lakin Türkiyə klubunda yaranmış ciddi maliyyə problemi müqavilə ilə “Neftçi”yə məxsus olan Cavidin vaxtından tez ölkəyə dönməsinə səbəb olmuşdu.




Ad: Salman;   E-mail: generalenko.ruslan

11.07.2015 05:21

Nurlan Hesenovun sözleri ile tamamile raziyam! Topaz liqasi yerine Balta-AZ liqasi olsa lap yerine duserdi

Ad: Nurlan Hesenov;   E-mail: [email protected]

20.06.2015 03:34

Niye bele yazirsizkii.Nurlan bu movsum hec bir iddiasi olmuyan bakida 15 qol vurub.mence nurlan yaxsi hucumcudu.birdeki hecde turkiye ptt birinci liq bu il kecen bzim primerliqadan zeif deyil.bir baxin sizce bizim kaysersporun qabagina cicib onu darmadagin ede bilecek klubumuz vaar?mence basa dusduz.hemde tventede.rubinde oynuyanlarida.evertona gedenleride gormusuk.nolsunki nurlan neyi eskikdiki onlardan.gesib hambarbude ehtiyyatda oturarda.sonrada o biriler kimi qayidib en cox maasa oynuyar.eee qacar top dalinca.neise yixilani baltalmiyaq yadaki baltaliyaq bu esl bizim isimizdi.
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31