25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Qarabağ” Avstriyada hazırlığa başlayır: hələ ki yarımçıq heyətlə

“Qarabağ” 2015-2016 mövsümünün hazırlığına start verib. Futbolxeber.az-ın məlumatına görə, Ağdam klubu Avstriyaya yollanıb. Çempionumuz Avstriya-Almanya sərhədində, Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşıb. 21 günlük təlim-məşq toplanışı keçirməyi planlaşdıran “Qarabağ” dünən Bakı - İstabul - Münhen  reysiylə günorta saaatlarında səfərə çıxıb.

Ağdam klubu təlim-məşq toplanışına tam heyətlə gəlməyib. Belə ki, əsas və U-21 millisində olan futbolçular ötən mövsümü gec qapadığından komandaya iyunun 23-də qoşulacaqlar.

Dani Kuintana da Münhendə “Qarabağ”a qoşulub. Digər legionerlər isə bu gün və sabah komandanın düşərgəsində olacaqlar. Uzun müddətdir zədəli olan Çumbinyonun isə iyunun 30-da təlim-məşq toplanışına qoşulacağı gözlənilir.

“Qarabağ” Avstriyada təlim-məşq toplanışı müddətində 3 və ya 4 yoxlama oyunu keçirəcək. Qarşılaşmalar iyunun 30-u, iyulun 3, 7 və 8-də olması planlaşdırılır.

Bu günə komandanın tək məşqi var. Ağdam klubu yerli vaxtla 18:00-da (Azərbaycan vaxtıyla 21:00) günün yeganə çalışmasına çıxacaq.

 


qarabagh.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30