19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Xorvatiyaya Bakıda asan olmayacaq”

"Yeddi aydır Bakıda yaşayıram. Getdiyim yerlərdə bir sıra oyunlar izlədim. Yığmaya ən yaxşı futbolçuları cəlb etməyə çalışıram". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin xorvatiyalı baş məşqçisi Robert Prosineçki ölkəsinin mətbuatına açıqlamasında deyib.

Avro-2016-nın seçmə mərhələsində qarşılaşacaqları Xorvatiya ilə oyuna toxunan 46 yaşlı mütəxəssis ölkəsinin yığmasına Bakıda asan olmayacağını bildirib: "Xorvatiya qrupun favoritidir, ancaq onlara Bakıda asan olmayacaq. Azərbaycan millisi artıq fərqli komandadır. Yığmada yaxşı atmosfer yaratmışıq. Azarkeşlər yenidən yığmaya inanırlar. Onlar komandalarının seçmə mərhələyə 4 məğlubiyyətlə başlayacağını təsəvvür etmirdilər. Lakin son iki oyundan sonra itirilmiş inamı yenidən qaytardıq".

Prosineçki Bakı şəhəri haqda da fikirlərini bölüşüb: "Bakı möcüzəvi və müasir şəhərdir. İnsanları çox yaxşıdır. Burada infrastruktur qurmaq və investisiya yatırmaq üçün əla şərait var. Azərbaycanlılar Bakını Dubaya bənzətməyə çalışırlar. Buna nail olacaqlarına inanıram".

Qeyd edək ki, Prosineçkinin gəlişindən sonra seçmə mərhələdə keçirdiyi iki oyundan 4 xal qazanan (Malta - 2:0, Norveç - 0:0) Azərbaycan millisi növbəti görüşünü sentyabr ayında Bakıda Xorvatiyaya qarşı keçirəcək (qol.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30