Ölkə futbolu
Elnur Cəfərov: “Güclü komanda ilə qarşılaşsaydıq, bu qədər çətin olmazdı”
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri Farer adaları yığması ilə oyunla bağlı fikirlərini affa.az saytına bildiriblər:
Cəmil Hacıyev: “Oyundan əvvəl məşqçilərimiz qarşılaşmanın çətin keçəcəyini demişdilər. Çünki qələbə qazanmaq vacib idi. Belədə futbolçular təzyiq altında olurlar. Özümüz də başa düşürdük ki, Almaniya, Avstriya yığmalarına qarşı oynamaq daha asan olacaq. Ona görə ki, həmin oyunlarda “ikinci nömrə”dən oynamalı olacağıq. Bu oyunda isə mütləq qələbə qazanmalı idik, daha doğrusu, buna borclu idik. Asan olmadı, amma sonda istədiyimiz nəticəni əldə etdik.
Oyuna uyğunlaşmaq üçün vaxtımız da az oldu. Farer adalarına gəldiyimiz gün hava şəraiti məşq keçməyimizə imkan vermədi. Bu da müəyyən çətinlik yaratdı. Amma iki həftə ərzində düzgün məşq prosesi keçməyimiz köməyimizə çatdı. Əsas odur ki, 90 dəqiqə fiziki cəhətdən yorulmadan mübarizə apardıq və qələbə qazandıq.
Qrup mərhələsinə qələbə ilə başlamaq çox vacib idi. Bildiyimə görə, bu yaşda komandalarımız heç vaxt rəsmi oyunlara 3 xalla start verməyib. Bu uğurun davamını gətirməliyik. Ən azı, ötənilki nəticəmizi yaxşılaşdırmalıyıq. Bunu bacaracağımıza inanıram. İstəmirəm ki qrupumuzdakı digər komandalar bizə zəif rəqib kimi yanaşsınlar. Sübut etməliyik ki, biz də futbol oynamağı bacarırıq”.
Adil Nağıyev: “İlk oyunumuz olduğuna görə, qələbə qazanmaq istəyirdik. Məşqçilərimiz də tapşırmışdılar ki, qələbə bizim üçün vacibdi. Oyundan əvvəl hava şəraiti məşq keçməyimizə imkan vermədi. Bununla belə, təlim-məşq toplanışını yüksək səviyyədə keçirdiyimizdən, problem yaranmadı. Bu qələbə sonrakı oyunlara yaxşı motivasiya olmağımıza şərait yaradacaq. Qarşıdakı 2 oyunu öz meydanımızda keçirəcəyik. Həmin oyunlarda da yaxşı nəticə qazanacağımıza inanıram.
Rəqib hücumçuların boyunun hündür olması problem yaratmadı. Çünki bizim müdafiəçilər də onlardan geri qalmırdı. “İkinci mərtəbə”də onlardan daha yaxşı oynadıq.
Hesabın gec açılması müəyyən gərginlik yaratmışdı. 60-cı dəqiqədən sonra uşaqlarda həyəcan hiss olunurdu. Qələbə istəyi gərginlik yaratmışdı. Rəqibin 1-2 təhlükəli epizodu da oldu. Əslində, biz hesabı erkən aça bilərdik. Birinci hissədə daha çox şansımız oldu. Amma 81-ci dəqiqədə bunu bacardıq. Gec oldu, amma istədiyimiz oldu.
Qələbə ilə başladıq, bu templə də davam etməyi düşünürük. Qrupumuzda güclü rəqiblər yer alsa da, sona qədər mübarizə aparacağıq. Həm də bu oyundan öncə heyətimizdə zədəli futbolçular vardı. Lakin onların əvəzinə meydana çıxanlar bunu hiss etdirmədilər.”
Elnur Cəfərov:“Oyunun çətin keçəcəyini gözləyirdik. Çünki Farer adaları yığması da uduzmamaq üçün mübarizə aparırdı. Oyunun səfərdə keçməsi də bizim üçün çətinlik yaratdı. Ancaq uşaqlar mübarizədən qopmadılar və sonda istəyimizə çatdıq.
Qrupun güclü komandalarından biri ilə qarşılaşsaydıq, bəlkə də bu qədər çətin olmazdı. Farer adalarının oyunçuları “ikinci mərtəbə”də güclüdür. Əksər oyunçuları ucaboydur. Amma bundan çəkinmədik. Onlara təhlükəli epizodlar yaratmağa imkan vermədik. Həm də başla yaxşı oynadıqlarını nəzərə alıb künc zərbəsi vurmaq şansı qazanmalarına imkan vermirdik.
Onlar çox aqressiv idilər. Hətta buna görə qırmızı vərəqə də aldılar. Səbəbi isə öz meydanlarında oynamaları, xal qazanmaq istəmələri idi.
Birinci hissədə biz üstün tərəf idik. Onlara heç bir şans vermədik. Hesab əslində böyük olmalı idi”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
- Nərimanın ABŞ-dəki illik maaşı rəsmən açıqlandı
- Aleksandr Ramalinqomun yubiley qolu
- Muaddibi rəsmən “Qarabağ”da
- "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- Abubakar “Bursaspor”a keçir?
- FİFA referiləri I Liqa oyunlarında
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Cenklə Avropa “cənginə”
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
- “Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
- AFFA lisenziyaları payladı: Növbəti mövsüm Premyer Liqada hansı klublar iştirak edə bilər?
-
16:52
Braziliyada "Qarabağ" sevgisi
-
15:34
U-21 millimizin qələbəsi VİDEO
-
14:19
"Zirə" Tiaqo Silva ilə yolları ayırdı
-
13:41
"Şamaxı"da yeni müqavilə
-
12:26
Basketbol millimiz Lüksemburq və İrlandiya ilə oyunlara hazırlığa başlayıb
-
11:03
Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
-
09:58
Avropa çempionu olan minifutbol millimiz azarkeşlərlə görüşəcək
-
22:45
U-17 millimiz Qazaxıstana məğlub oldu
-
21:26
Cüdoçularımız Avropa Açıq Turnirinin ilk günündə iki medal qazanıblar
-
20:00
U-21 millimiz Bəhreynə qalib gəldi
-
17:12
Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının təqvimi müəyyənləşib
-
16:59
Veteran stolüstü tennisçilərin ölkə çempionatına start verilib
-
15:37
"Şamaxı"da növbəti ayrılıq
-
14:21
Ayxan Abbasov iki futbolçunu millidən qovdu
-
13:03
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir FOTOLENT
-
12:48
Millimiz Maltaya belə uduzdu VİDEO
-
12:15
Malinovski “Trabzonspor”da
-
11:34
Tural Qurbanov idarə etdi, Kişinyovda 4 qol vuruldu
-
10:56
İtaliya klubu baş məşqçisi ilə yolları ayırdı
-
10:22
Bakıda keçirilən Beynəlxalq Voleybol Federasiyasının seminarı başa çatıb
-
10:00
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
-
09:39
AFFA, bir təbrikə dəymədi?
-
09:17
“Qarabağ”ın yarımmüdafiəçisi Slovakiyaya qarşı oynadı
-
00:41
Ayxan Abbasov məğlubiyyəti şərh etdi: “Geriyə daha tez qayıtmaq lazımdır”
-
00:23
Əliyar Ağayevin idarə etdiyi oyunda Belarus sevindi
-
23:56
Azərbaycan millisi Maltaya uduzdu
-
23:43
Vüsal İsayev: “Federasiya tərəfindən uğur qazanmağımız üçün hər cür şərait yaradılmışdı”
-
23:21
Ramiz Çovdarov: “Bizə güc verən bu dəstək idi”
-
23:07
Taleh Nəsibov: “Millimiz Avropa çempionatına çox yaxşı hazırlaşmışdı”
-
22:35
Elşad Quliyev: “Çalışacağıq ki, bu uğurların ardı gəlsin”
-
22:08
Sadıq Sadıqov dünyasını dəyişib
-
21:42
Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi
-
21:24
Azərbaycan - Malta: Start heyətləri açıqlandı
-
19:51
Millimiz Macarıstana məğlub oldu
-
18:13
Zaur Həşimov rəsmən “Şəfa”da
-
18:00
Azərbaycan avarçəkəni Avropa çempionatında iştirak edəcək
-
17:39
"Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşdi
-
16:57
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
-
16:26
"Şamaxı"da yeni müqavilə
-
16:08
“Turan Tovuz”un məsələsi Parlamentdə müzakirə olundu
-
15:45
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik edib
-
15:34
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
-
14:51
“Qurban Qurbanov “Slaviya”ya getməməyimi məsləhət gördü, çünki...” VİDEO
-
14:16
Güləş üzrə Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşır
-
13:42
Berezutski istefaya göndərildi
-
13:29
Cüdoçular Avropa çempionatına Şamaxıda hazırlaşırlar
-
12:53
“Hər bir federasiyada təhlükəsiz idman üzrə ixtisaslaşmış məsul şəxs olmalıdır”
-
12:37
Slovakiyanın səfiri: “Azərbaycan yığmasını qələbə münasibətilə təbrik edirəm”
-
12:00
Bakıda aerobika və akrobatika gimnastikası üzrə AGF Trophy beynəlxalq turniri start götürüb
-
11:45
"Karvan-Yevlax" daha bir legioneri ilə yolları ayırıb
07.06.2026
06.06.2026
05.06.2026























