19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ” ilk yoxlama oyununda qələbə qazandı

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” ilk yoxlama oyununu keçirib. Futbolxeber.az-ın məlumatına görə, iyunun 10-dan qonşu ölkədə hazırlıq keçən “qırmızı-qaralar” Ərzurumun U-21 komandası ilə qarşılaşıb. Komandanın baş məşqçisi Roman Qriqorçuk milli üzvlərinin iştirak etmədiyi matçda yeni transferlərə və əvəzedici heyətin üzvlərinə də şans verib.

“Qəbələ” qarşılaşmaya aşağıdakı heyətlə başlayıb: Dmitri Bezotosnı, Ürfan Abbasov, Vitali Vernidub, Rafael Santos, Yusif Nəbiyev, Qismət Alıyev, Aleksey Qay, Samir Zərgərov, Asif Məmmədov, Rəşad Sadiqov, Roman Hüseynov.

“Qəbələ” qarşılaşmada hesabı açan tərəf olub. Matçın 33-cü dəqiqəsində Qay fərqlənib. Meydan sahibləri 38-ci dəqiqədə Hasan Kadakın penalti zərbəsi ilə hesabda tarazlıq yaradıb. Qarşılaşmada hər 3 qapıçıya oyun praktikası qazanmaq imkanı yaradan mütəxəssis əvvəl Dmitri Bezotosnını Anar Nəzirovla əvəzləyib, 2-ci hissədə isə sonuncunun əvəzinə Andrey Popoviçi meydana buraxıb. Fasilədən sonra Murad Musayev Vitali Vernidubu, Emin Zamanov Yusif Nəbiyevi əvəzləyib. Oyunun ilk yarısında olduğu kimi ikinci hissədə də fəallıq nümayiş etdirən “qırmızı-qaralar” istəyinə 55-ci dəqiqədə çatıb. Matçın 55-ci dəqiqəsində fərqlənən Qay dublunu rəsmiləşdirib. Ukraynalı yarımmüdafiəçi penalti zərbəsini dəqiq yerinə yetirib. Bu qoldan sonra komanda fərqi artırmağa çalışsa da, meydan sahiblərinin qapısına yol tapa bilməyib.

Beləliklə, “Qəbələ” 2015/16 mövsümünün hazırlığı çərçivəsində ilk oyununda 2:1 hesabı ilə qalib gəlib.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30