17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Prosineçki: “Öz meydanımızda Xorvatiyanı əziyyətə salacaq gücdəyik"

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçirilmiş və qolsuz bitən qarşılaşma ilə bağlı fikirlərini bölüşüb. Futbolxeber.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib: "Futbolçularımız Norveçə qarşı çox yaxşı oynadılar. Bizim üçün çətin oyun olacağını gözəl bilirdim. Çünki Norveçin əla komandası var. Amma bizim də onlara qarşı layiqli müqavimət göstərə biləcək gücümüz var idi. Zaman baxımından biz topa daha çox nəzarət edirdik".

Prosineçki bəyan edib ki, Azərbaycan yığması həmin gün uduzmamağa borclu imiş: "Azərbaycan üçün həmin gün tarixi bir gün idi. Çünki elə həmin axşam ilk dəfə bu ölkədə təşkil olunan Avropa Oyunlarının açılış mərasimi baş tutdu. Biz isə çətin səfərdə bir xal qazandıq. Bu nəticə bizim üçün əla hesab oluna bilər".

Yığmamızın baş məşqçisi Azərbaycan - Xorvatiya matçına da toxunub: "Bu komandalar arasında Xorvatiyada baş tutmuş qarşılaşma Azərbaycanın 0:6 hesablı darmadağını ilə başa çatıb. Amma bu, komandanın əsl gücünün göstəricisi deyil. Mən Xorvatiya millisinə mütləq qalib gələcəyimizi demirəm. Lakin doğma meydanda onları əziyyətə salacaq gücdəyik".

Mənbə: azerisport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30