25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Azərbaycanla oyunda istənilən halda, məqsədimiz qələbə qazanmaqdır”

PER-MATIAS HOQMO: “AZƏRBAYCAN MİLLİSİ İNDİ DAHA YAXŞI TƏSİR BAĞIŞLAYIR”

“Sabah bir neçə futbolçumuzun rəqib qapısına dəqiq zərbələr endirə biləcəyinə ümid edirəm. Hər şeydən əvəl müdafiədə yaxşı oynamaq lazımdır. Çünki Azərbaycan millisi son oyunlarda yaxşı hücumlar quraraq qol vurmağı bacarıb. İstənilən halda, məqsədimiz qol vurmaq və qələbə qazanmaqdır”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmo deyib.

Sabah Avro-2016-nın seçmə mərhələsi çərçivəsində millimizə qarşı keçiriləcək oyunöncəsi mətbuat konfransında Hoqmo yığmamızın Serbiya ilə görüşünü izlədiyini bildirib: “Serbiya yığması ilə oyunda ilk nəzərə çarpan Azərbaycan yığmasının topa nəzarət etməsi və düşünülmüş hücumlar qurması idi. Bu baxımdan çətinliklərlə üzləşə bilərik”.

Xorvatiya - İtaliya matçının qrupdakı vəziyyətə təsir göstərəcəyini vurğulayan Hoqmo, ilk növbədə öz oyunları barədə düşündüklərini qeyd edib: “Biz özümüz öz taleyimizi müəyyənləşdirməli və sabahkı oyunda qələbə qazanmalıyıq.

Heyəti, demək olar ki, müəyyənləşdirmişik. Amma gözlənilməz hadisə olarsa, B, hətta C planımız da var. Azərbaycan millisi bizimlə son oyundakı ilə müqayisədə indi daha yaxşı təsir bağışlayır. Bakıdakı oyuna nəzərən indi nəyəsə qiymət vermək çox çətindir. Çünki orada həm qazonun vəziyyəti yaxşı deyildi, həm də indi Azərbaycan millisi başqa məşqçinin rəhbərliyi altında çıxış edir”.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30