19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Luis Araqon “Qəbələ”dən getdi

“Qəbələ” əvəzedici heyətin baş məşqçisi Luis Araqonla yollarını ayırıb. Futbolxeber.az-ın “Qəbələ” İK qəzetinə istinadən verdiyi məlumata görə, 2012-ci ilin iyunundan “Qəbələ”də çalışan məşqçi ilə müqavilənin müddəti uzadılmayıb.

Xatırladaq ki, vaxtilə “Barselona”nın Futbol Məktəbinin texniki direktoru vəzifəsini yerinə yetirən Luis Araqon Kataloniya klubunda həm də seleksiyaçı-məşqçi postunda çalışıb. O, İspaniya və İtaliyada “Barselona” Yay Futbol Məktəblərinin təşkilinə də rəhbərlik edib. Onun “Qəbələ”də əsas vəzifəsi Futbol Akademiyasında “Barselona” sisteminə uyğun yetişən futbolçuların əvəzedici heyətdə sistemə uyğunlaşma prosesini tamamlamaq və əsas komandanı hazır futbolçularla təmin etməkdən ibarət olub. Əcnəbi çalışdırıcı 2013-cü ildə “Qəbələ” U-19 komandasına ölkə birinciliyinin qızıl, 2014-cü ildə “qırmızı-qaralar”a əvəzedicilərin çempionatında gümüş medalları qazandırıb.

Futbolçu Müşfiq Teymurov da komandadan gedib. Mövsümün əvvəlində əsas komandanın düşərgəsində yer alan, Premyer Liqada üstüstə 5 oyun keçirən təcrübəli müdafiəçi daha sonra əvəzedici heyətə qaytarılıb. Teymurov əsas komandanın heyətində axırıncı dəfə 2014-cü il noyabrın 23-də “Simurq”a (2:3) qarşı forma geyinib. Faktiki olaraq, Dorinel Muntyanunun istefasından sonra əsas komandada Müşfiqə ehtiyac görülməyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30