24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Böyükağa Hacıyev İrana gedir: Ya "Traktorsazi", ya da...

Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev yeni mövsümdən etibarən İranda çalışa bilər. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis hazırda iranlı menecerlər vasitəsi ilə 2 klubla danışıqlar aparır. Hər ikisi də Təbriz təmsilçisidir. Belə ki, Böyükağa Hacıyev "Traktorsazi"də, ya da birinci divizionda mübarizə aparan "Şəhrdari Təbriz"də çalışa bilər. Son mövsümdə çempionluğu inanılmaz şəkildə əldən verən "Traktorsazi" hamıya tanışdır. I divizionda yarışan "Şəhrdari Təbriz" isə sonda daha aşağı liqaya yuvarlanmaqdan qurtulub. Buna baxmayaraq, Təbriz təmsilçisinin maddi durumu əladır. Klub rəhbərliyi növbəti mövsümdə komandanı yüksək liqada görmək istəyir.

Xatırladaq ki, daha əvvəl Böyükağa Hacıyev İranda çalışıb. 2002-2004-cü illərdə o, "Maşınsazi"də, 2004-2005 mövsümündə isə "Traktorsazi"də fəaliyyət göstərib. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30