19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Barlay və Kalonas milliyə çağrıldı

 

"Rəvan”ın 2 futbolçusu çıxış etdikləri milli komandalardan dəvət alıb. Futbolxeber.az-ın məlumatına görə, söhbət Syerra Leone millisinin şərəfini qoruyan Samuel Barlay və Litva yığma komandasında oynayan Mindauqas Kalonasdan gedir. Hər iki futbolçu iyunda milli komandalarına xidmət edəcək.

2010-cu ildən Azərbaycanda legioner həyatı yaşayan 26 yaşlı Barlay növbəti dəfə baş məşqçi Lars-Olof Mattssonun diqqətini çəkib. Daim milliyə çağırılan yarımmüdafiəçi Syerra Leone yığma komandasının iyunun 8-i və 15-də uyğun olaraq Tunis və Kabo Verde mililərinə qarşı keçirəcəyi görüşlər üçün dəvətlidir.

Bu ilin əvvəlindən "Rəvan"a qoşulan Mindauqas Kalonas isə iyunda 1 matçda forma gey1mək şansına malikdir. Belə ki, Litva millisinin macar çalışdırıcısı Çaba Laslo onu iyunun 7-də Yunanıstan yığma komandasına qarşı keçirəcəkləri oyuna çağırıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30