19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Rəvan" "Xəzər Lənkəran"la oyuna hazırlaşır

 

 

"Rəvan” Premyer Liqanın cari mövsümündə sonuncu matçını Lənkəranda keçirəcək. Futbolxeber.az-ın məlumatına görə, komanda 32-ci turun oyunu üçün hazırlıqlarını davam etdirir. Artıq futbolçular "Xəzər Lənkəran”la səfər matçı öncəsi Bakıda son məşqə də çıxdı.
 
"Bayıl Arena”da baş tutan səhər məşqində futbolçular isinmə hərəkətlərindən sonra fiziki hazırlıq üzərində çalışdı. Məşqin əsas hissəsi isə taktiki-texniki hazırlığa və toplu çalışmalara həsr edildi. Dar sahədə ani ötürmələr, pressinq altında topu özündə saxlama və qapıya zərbələr üzərində çalışdıqdan sonra futbolçular yarı meydanda ikitərəfli oyunda qüvvələrini sınadılar.
 
Qeyd edək ki, komanda sabah səhər oyunun keçiriləcəyi məkana - Lənkərana yola düşəcək. Səfər zamanı cəzalı durumda olan Nikolay Orlovski ilə Şəhriyar Rəhimov, o cümlədən zədə üzündən mövsümü erkən qapayan Tural Axundov komanda ilə birgə olmayacaq. Onların əvəzində əvəzedicilərdən Anar Həsənov, Cəmil Rəhimli və Əli Əliyev əsas komandaya cəlb olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30