20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Yaşar Vahabzadə: “Bunu bacarsaq, Farer adaları ilə oyunda nəticə də olacaq”

21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vabahzadə Futbolxeber.az saytına müsahibə verib.

- Danimarka səfəri öncəsi komandanız yoxlama oyununda “Şuşa Qarabağ” üzərində böyükhesablı qələbə (5:0) qazandı. Sərgilənən oyundan razı qaldınız?

- Bu oyun mənim üçün göstərici deyil. Çatışmazlıqlarımız çox idi. Xüsusən də birinci hissədə. Əsas problem o idi ki, müdafiədən topu istədiyimiz kimi çıxara bilmirdik. İkinci hissədə müəyyən dəyişikliklər oldu. Bəzi oyunçular fərqli mövqelərdə çıxış etdilər. Bu isə komandanın oyununa müsbət təsir göstərdi. İkinci hissədə göründü ki, komandada nəsə var. Danimarkada düşərgəyə hazırda millinin heyətində olan 4 futbolçu da qoşulacaq. İnanıram ki, ortaya nəsə çıxara biləcəyik.

- İlk hissədə Məqsəd İsayevi yarımmüdafiədə sınadınız. Gələcəkdə də ondan yarımmüdafiəçi kimi istifadə etmək fikriniz var?

- Daha əvvəl də onu bu mövqedə yoxlamışdıq. Bu oyunda da sınadım. Amma ikinci hissədə yenə müdafiədə oynadı. Əməliyyatdan sonra onun üçün bir az çətindi. Fiziki durumu da yaxşı deyil. Ümumi götürdükdə, pis təsir bağışlamadı.

- 4 futbolçu komandaya Danimarkada qoşulacaq. Bu, işinizə çətinlik yaratmayacaq?

- Yox. Çünki həmin futbolçular millinin düşərgəsində də məşq edirlər.

- Buna kimi hücumda problem olduğunu bildirirdiniz. Yoxlama oyunun ikinci hissəsində Kerem Behnkeyə şans verdiz və o, 2 qol vurdu. Kerem U-21-dəki hücumçu problemini həll etməyə qadirdi?

- Kerem pis futbolçu deyil. Onu daha əvvəl də tanıyırırdıq. Çıxışlarını mütəmadi olaraq izləyirik. Almaniya Regional liqasında oynayır, qollar vurur. Birinci oyun üçün pis deyildi. Söhbət təkcə vurduğu qollardan getmir. Hücumçu kimi açılmağı ilə, mövqe seçimi ilə yaxşı təsir bağışladı.

- Farer adaları ilə oyuna 8 gün qalıb. Hazırda sizi ən çox nə narahat edir?

- Əsas problemimiz orta xətlə bağlıdır. Yoxlama oyununda da həmin mövqedə çətinliklərimizin olduğu göründü. İnanıram ki, iyunun 17-də komanda tam hazır olacaq.

- Yəqin ki, Coşqun Diniyev, Elvin Camalov kimi futbolçuların U-21-ə qoşulması bu problemi həll edəcək.

- Təbii ki. Digər tərəfdən də Bilal Sezerin zədəli, Taşkın İlterin cəzalı olmağı bizə bir qədər problemlər yaradır. Bununla belə, heyət tam yığışdıqdan sonra komanda daha yaxşı vəziyyətdə olacaq.

- Seçmə mərhələnin startında Farer adaları ilə qarşılaşacaqsınız. Rəqib zəif olduğundan hamı U-21-dən qələbə gözləyir. Bu məqam komandada gərginlik yaratmır ki?

- Daha əvvəl də demişəm: bu gün Avropada hamı futbol oynaya bilir. Nisbətən zəif komandalar da güclərini Azərbaycanla oyunda göstərmək istəyirlər. Hər məşqçi istəyir ki, qələbə qazansın. Biz də uşaqlara bunu başa salırıq. Amma üzərlərinə çox da getmək olmaz. Əvvəldən komandanı psixoloji cəhətdən yükləmək düzgün deyil. Çünki istəkdən “yana” da bilərlər. İlk növbədə yaxşı oynamalıyıq. Mübariz komanda təsiri bağışlamalıyıq. Bunları bacarsaq, nəticə də olacaq.

- Bu toplanışdan Samir Ələkbərov da U-21-in məşqçilər korpusuna qatılıb. Ələkbərovun fəaliyyəti sizi qane edir?

- Əlbəttə, qane edir. Bizə bir məşqçi lazım idi. AFFA rəhbərliyi də sağ olsun ki, irəli sürdüyümüz namizədi dəstəklədi. Əl-ələ verib işləyirik. Samir Ələkbərovdan başqa məşqçilər korpusunda Babək Alxasov və Ramiz Əhmədov da var. Hamısından razıyam. Komandanın uğur qazanması üçün hamı bütün gücünü ortaya qoyur.   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30