24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Toşak azarkeşlərə müraciət etdi

 “Xəzər Lənkəran” may ayının 20-də doğma arenasında “Rəvan”ı qonaq edəcək. Futbolxeber.az-ın məlumatına görə, Premyer Liqanın sonuncu, XXXII turu ərəfəsində "Xəzər Lənkəran"ın baş məşqçisi Con Bencamin Toşak klubun rəsmi saytı vasitəsilə azarkeşlərə müraciət edib. Müraciətin mətnini təqdim edirik:

- Bir neçə gün sonra bu mövsümün son ev oyununu keçirəcəyik. Ona görə də bəzi məqamlar var ki, bunları bölüşməyin vaxtıdır. Mən, ilk növbədə azarkeşlərə minnətdaram. Onlar komandamızın cari mövsümdə uğursuz qrafik cızmasına rəğmən, daim bizə dəstək oldular. Ən vacib məqamda, ölkə kubokunun yarımfinalında komandamıza çox gərəkli olan möhtəşəm dəstəyi verdilər. Bundan başqa Lənkəranın insanları, stadionumuzun bütün kollektivi və o cümlədən klub rəhbərliyi mənə daha tez uyğunlaşmaqda yardımçı oldular. Bu məsələdə söz yox ki, onların isti münasibəti həlledici oldu. Buna görə də hər kəsə minnətdaram. Qarşıdakı mövsüm üçün indidən tərtib etdiyimiz müəyyən planlar var. Əminliklə deyirəm ki, planlarımızı, niyyətlərimizi həyata keçirə bilsək, azarkeşlərin çox fəxr edəcəyi bir komanda quracağıq. Mən, bu müraciəti etməklə sadəcə son ev oyunu öncəsi sadiq azarkeşlərimizə bir daha “çox sag ol” deməyi vacib saydım. Sizi həmişə yanımızda görmək bizə çox vacib və xoşdur!

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30