29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Çelsi”nin müdafiəçisi Azərbaycan millisi ilə oyundan danışdı

“Azərbaycanla oyuna qədər komandada ab-hava heç də ürəkaçan deyildi. Amma indi hər şey qaydasındadı. Azarkeşlər bizdən nə gözləyirdilərsə, həmin nəticəni də göstərdik”. Futbolxeber.az-ın məlumatına görə, bunu Serbiya millisinin kapitani Branislav İvanoviç deyib.

Dünən yoxlama görüşündə Azərbaycan yığması ilə üz-üzə gələn serblər 4:1 hesabı ilə qələbə qazanıblar. Rəqibin qollarından ikisinə imza atan İvanoviç bu qələbənin onlar üçün çox vacib olduğunu söyləyib: “Statistika mühüm amildi, amma hər şeyi həll etmir. Mənim iki qol vurmağım vacib deyil. Meydançaya çıxanda heç bu barədə düşünmürəm də. Yeganə problemimiz stabilliyin olmaması idi. İnanıram ki, Azərbaycan üzərində qələbə buna son qoydu. Bununla futbolçularda Danimarka ilə oyun öncəsi özünəinam yenidən artdı. Bu, həyatımızın ən önəmli qalibiyyətlərindən biri ola bilər. Çünki Danimarka ilə matç bizim üçün finala bərabər olacaq. Azərbaycanı məğlub etmək də bu baxımdan çox önəmli ola bilər”.

Qeyd edək ki, yığmamız Avro-2016-nın seçmə mərhələsi çərçivəsində iyunun 12-də Norveçlə, Serbiya isə ertəsi gün Danimarka ilə qarşılaşacaq.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31