29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Azərbaycan millisi Qazaxıstanla yoxlama oyunu keçirəcək?

Azərbaycan millisi Serbiya və Norveç yığmalarının ardından daha bir matç keçirə bilər. Futbolxeber.az-ın məlumatına görə, bunu Qazaxıstan mətbuatı iddia edir. Həmkarlarımız iyunun 16-da Azərbaycan və Qazaxıstan millilərinin üz-üzə gəlməsinin mümkünlüyünü dərc ediblər.

Buna səbəb bu ölkənin əsas yığmasının Kabo-Verde ilə qarşılaşmasının baş tutmamasıdı. Afrikalıların Almatıda keçiriləcək matçda iştirak etməkdən imtinası qazaxıstanlıları çətin vəziyyətdə qoyub.

Həmin tarixdə başqa rəqiblə oyun keçirmək iddiasından əl çəkməyən Qazaxıstan Futbol Federasiyasının hazırda iki namizədi var. Əsas variant kimi Azərbaycan və İraq milliləri göstərilir.

Bunların heç biri alınmasa, yığma üzvləri istirahətə buraxılacaq və Qazaxıstan yoxlama matçmı keçirməyəcək.

Qeyd edək ki, iyunun 7-də Serbiya ilə yoxlama oyunu keçirən yığmamız ayın 12-də AVRO-2016-nın seçmə mərhələsində Norveçlə qarşılaşacaq. Həmin gün Qazaxıstan Türkiyə ilə görüşəcək.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31