25 Aprel 2024, Cümə axşamı
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu

Ölkə futbolu

Prosineçki: “Serbiya kimi komandalarla başabaş mübarizə aparmaq üçün...”

“Hesab edirəm ki, yaxşı sınaq oyunu oldu. Birinci hissədə daha yaxşı oynadıq. Hesabı bərabərləşdirə bildik. Amma Serbiya millisinin üzvlərinin əksəriyyətinin Avropanın aparıcı klublarında çıxış etməsi nəticəyə təsirini göstərdi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki Serbiyaya qarşı baş tutan yoxlama oyunundan sonra deyib.

Xorvat mütəxəssis 1:4 hesablı yenilgini belə şərh edib: “Fərdi ustalıq öz sözünü dedi; qolların birini standart vəziyyətdən - künc zərbəsindən, ikisini isə uzaq məsafədən vurulmuş zərbələrdən sonra buraxdıq. Ümumilikdə, oyunu təhlil etməli olsaq, birinci hissədən razı qaldım. Serbiya millisi kimi komandalarla başabaş mübarizə apara bilmək üçün çox çalışmalıyıq. Toplanışın gedişindən razıyam. Noreç yığması ilə oyuna daha böyük motivasiya və istəklə hazırlaşmalıyıq. Buna nail olsaq, rəqibimizlə eyni səviyyədə oynaya bilərik” (affa.az).

 


Foto azerisport.com-a məxsusdur


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30