Ölkə futbolu
Arif Əsədov: “Neftçi”də mövsümü titulsuz başa vurursansa, getməlisən”
"Neftçi" PFK-nın sabiq baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Arif müəllim, ilk olaraq "Neftçi"yə ikinci təyinatınız barədə danışardınız.
- Mən "Neftçi" ilə daha öncə çempionluq yaşamışdım. Bu dəfə isə vəziyyət fərqli idi. Komandanı təhvil alanda artıq 3 tur keçmişdi və turnir cədvəlindəki mövqeyimiz ürəkaçan deyildi. Sonradan tədricən üst pillələrə qalxmağı bacardıq. Qarşıya qoyulan minimum hədəf avrokuboklara vəsiqə qazanmaq idi. Təbii ki, mövsümü azı bir titulla bitirmək niyyətində idik. Amma zaman keçdikcə müəyyən çətinliklər meydana çıxdı.
- Çətinlik deyəndə konkret olaraq nəyi nəzərdə tutursunuz?
- Əsas problemlərimiz heyətlə bağlı idi. Zədəli və cəzalı futbolçuların çoxluğu çətinlik yaradırdı. Üstəlik, ehtiyat qüvvəmiz də yox idi. Bütün bunları əvvəldən görürdük. Qış fasiləsində də komandanın güclənəcəyini gözləyirdik. Amma bu baş vermədi. Davamlı olaraq heyətdə dəyişiklik etməli olurduq. Stabil heyət qurmaqda problem yaşayırdıq. Halbuki iki cəbhədə mübarizə aparmaq üçün iki bərabər səviyyəli heyətə malik olmalısan.
- Mövsüm boyu istər azarkeşlər, istərsə də ictimaiyyətdə müəyyən təzyiqlərlə qarşılaşırdınız.
- Hər bir azarkeş komandasının uğur qazanmasını istəyir. Elə məşqçi də çalışır ki, karyerası titullarla zəngin olsun. Təzyiqlərin olması da bizim işimizin bir hissəsidir. Bununla belə başladığımız işi yarımçıq qoya bilməzdik. Doğrudur, biz çempionatda liderdən çox geri qalırdıq, amma digər cəbhədə iddiamızı davam etdirirdik. Komandanı ölkə kubokunun finalına qədər gətirib yarı yolda qoya bilməzdik. Bütün çətinliklərə baxmayaraq həlledici oyunda komandanın yanında olmalıydım.
- Mövsümü titulla başa vurmaq mümkün olmadı və "Neftçi" ilə yollarınız ayrıldı.
- Dediyim kimi, "Neftçi"də daha öncə də çalışmışam və bilirəm ki, bu klubda qarşıya qoyulan tələblər daha böyükdür. Burada mövsümü titulsuz başa vurursansa, getməlisən. Kubokun finalından sonra bu addımı atacaqdım. Sadəcə, matçdan sonra mətbuat konfransı olmadı. Baş məşqçi olaraq bütün məsuliyyət mənim üzərimdə idi. Düzdür, müəyyən çətinliklərimiz var idi, amma bununla belə "Neftçi"də titul qazanmalısan.
- Arif Əsədov titul qazana bilməsə də, komandaya yeni adlar qazandırdı.
- İtirdiklərimiz müqabilində qazancımız da oldu. Son illərdə "Neftçi"də yeni adları az-az görürdük. Bu mövsüm qapıçı Emil Balayevlə Ruslan Qurbanova bir çox matçlarda şans verdik. Nəticə göz qabağındadır. Rahil Məmmədov əvəzedici heyətdən dəvət olundu və əsas komandanın futbolçuları ilə sağlam rəqabət aparmağa başladı. Mirabdulla Abbasov yaxın günlərdə əsas komandaya cəlb edildi. Fəhmin Muradbəyli, Məqsəd İsayev, Elşən Abdullayev və Samir Məsimovun çıxışında stabillik yaratmağa nail olduq. Bu işlərimizin bəhrəsini yaxın illərdə lap aşkar görəcəyik.
- Arif müəllim, sizə məşqçi karyeranızda uğurlar arzu edirik və inanırıq ki, hələ Azərbaycan futboluna uzun müddət xidmət edəcəksiniz.
- Mən də inanıram ki, "Neftçi" Avropa Liqasında layiqli çıxış edərək azarkeşləri sevindirəcək. Komandaya gələcək yeni məşqçi heyətinə də uğurlar arzu edirəm. "Neftçi" Azərbaycan futbolunun flaqmanıdır və bu klubda işləmək böyük şərəfdir. İnanıram ki, bu komanda hələ çox tarixi qələbələrə imza atacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
- Nərimanın ABŞ-dəki illik maaşı rəsmən açıqlandı
- Aleksandr Ramalinqomun yubiley qolu
- Muaddibi rəsmən “Qarabağ”da
- "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- Abubakar “Bursaspor”a keçir?
- FİFA-nın "Neftçi"nin cəzalandırmasının səbəbi bilindi - EKSKLÜZİV
- FİFA referiləri I Liqa oyunlarında
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Cenklə Avropa “cənginə”
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
- “Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
- AFFA lisenziyaları payladı: Növbəti mövsüm Premyer Liqada hansı klublar iştirak edə bilər?
-
11:17
Millimizin qapıçısı: “Son Avropa çempionunu taxtından endirdik”
-
10:45
AVRO-2006: Millimiz final oyununa çıxır
-
10:28
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:13
Addaidən “Qarabağ” paylaşımı
-
09:56
Azərbaycan millisini finala aparan qələbə VİDEO
-
00:39
Elşad Quliyev: “Çempion olmaq istəyirik”
-
00:00
Azərbaycan millisi Avropa çempionatının finalında!
-
19:49
“Araz-Naxçıvan”ın qapıçısı: “Bu qədər ağır, stresli mövsümün keçdiyi yadıma gəlmir”
-
19:13
"Qarabağ" İtaliyada beynəlxalq turnirdə iştirak edəcək
-
18:20
Güləş Federasiyasında tibbi məsələlərlə bağlı iclas keçirilib
-
17:34
Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib
-
16:55
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
-
16:42
“Şəfa”ya texniki məğlubiyyət verilib
-
16:17
"Napoli" onu birdəfəlik transfer etdi
-
16:06
Ələkbər Həsənov Bolqarıstanda seminarda iştirak edib
-
15:38
Dağıstanlı döyüşçü: “Bakıdakı UFC turnirində azarkeşləri əsl şou gözləyir”
-
15:21
"Nyukasl"da yeni müqavilə
-
14:59
AFFA və UEFA “Turan Tovuz”un avrokuboklardan kənarlaşdırması ilə bağlı açıqlama yayıb
-
14:43
Onur Quluzadə İsveçdə keçiriləcək beynəlxalq yarışda mübarizə aparacaq
-
14:14
Minifutbol millimizə Slovakiyada möhtəşəm dəstək FOTOLENT
-
14:00
Təmkin Xəlilzadə: “Serbiya ilə oyun finala bərabər olacaq”
-
13:35
Azərbaycanın U-20 millisi Pakistanla qarşılaşacaq
-
12:57
"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
-
12:22
"Gəncə"nin üzvü Ukrayna millisinə dəvət alıb
-
12:08
Azərbaycanın gənc avarçəkənləri Qazaxıstanda tam heyətlə medal qazanıblar
-
11:46
Azərbaycan - Macarıstan matçının hakimləri bilindi
-
11:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:29
Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verilib
-
10:14
Rza Cəfərov: “Bəzən qısa müddətdə yaşananlar uzun illər yadda qalır”
-
09:53
"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
-
09:37
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı - Rəsmi
-
01:25
Elşad Quliyevdən qələbə şərhi
-
01:02
Azərbaycan millisi yarımfinalda!
-
22:46
“Qarabağ”ın iki futbolçusu ÇL-in ən yaxşıları arasında
-
21:24
Breno Almeyda: “Heç kimi komandanın “beyni” adlandırmırıq” VİDEO
-
19:00
Kamandan oxatma üzrə ölkə birinciliyinin qalibləri bəlli olub
-
18:39
Domeniko Tedesko İtaliya klubunda
-
18:12
Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
-
17:47
“Ayaks”ın yeni baş məşqçisi bilindi
-
17:21
Bakıda bilyard üzrə Avropa Kuboku və Avropa çempionatı keçiriləcək
-
17:08
Millimizin Malta və San Marino ilə oyunlarının hakimləri müəyyənləşdi
-
16:53
Taleh Nəsibov Avropa Minifutbol Federasiyasının Baş Assambleyasında iştirak edib FOTOLENT
-
16:35
“Sumqayıt” Futbol Akademiyası seçimlərə start verir
-
16:16
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
-
16:04
“Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
-
15:29
“Sumqayıt”dan ayrılan futbolçu Qazaxıstan klubunda
-
14:42
Şahin Bağırov Level-2 məşqçi seminarının iştirakçıları ilə görüşüb
-
14:17
Cavid İmamverdiyev Region Liqası klubu ilə müqavilə imzalayıb
-
13:50
Futzal üzrə Çempionlar Liqasının yeni mövsümünün reqlamenti müəyyənləşib
-
13:31
DÇ-2026: Türkiyə millisinin yekun heyəti açıqlandı
04.06.2026
03.06.2026
02.06.2026























