18 Yanvar 2026, Bazar günü
"Sumqayıt" "Osiyek"lə bacarmadı
"Zirə"dən ardıcıl iki məğlubiyyət
"Neftçi" Çin klubuna qalib gəldi
“Səbail” U-21 millimizə uduzdu

Ölkə futbolu

“Qəbələ”dən böyükhesablı qələbə

Qazaxıstanda keçirilən 16 yaşadək futbolçulardan ibarət komandalar arasında beynəlxalq turnirə start verilib. Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ”nin U-16 komandasının da mübarizə apardığı yarışda ilk turun iki oyunu keçirilib. “Qırmızı-qaralar”ın birinci rəqibi Almatı “Kayrat”ı olub. Famil Xəlilovun baş məşqçisi olduğu komanda yarışa böyükhesablı qələbə ilə başlayıb - 4:1. İlkin Abdullayevin dubl etdiyi qarşılaşmada “Qəbələ”nin digər qollarını Elvin İmanlı və Kamran Quliyev vurublar.

“Qırmızı-qaralar” bu gün keçiriləcək II turda Almatı klublarının yığma komandası ilə qarşılaşacaq. Görüş saat 12:15-də start götürəcək. “Qəbələ” son oyununu iyunun 8-də saat 10:00-da başlayacaq matçda Qırğızıstanın “Abdış-Ata” komandası ilə görüşəcək.


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31