19 Yanvar 2026, Bazar ertəsi
"Araz-Naxçıvan"dan 4 qollu qələbə
“Turan Tovuz” ilk oyununda məğlub oldu
U-21 millimiz "Şamaxı"ya uduzdu
"Sumqayıt" "Osiyek"lə bacarmadı

Ölkə futbolu

Tuyqun Nadirov: “Premyer Liqada oynayan 20 futbolçu ilə maraqlanırıq”

“Səlahət Ağayevlə maraqlandığımız doğrudur. Konkret məbləğ deyə bilmərəm. Amma danışıqlarımız davam edir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.

Klub rəsmisi Premyer Liqada çıxış edən 20 futbolçu ilə maraqlandıqlarını qeyd edib: “Səlahətin menecerliyini onun qardaşı edir. Amma biz birbaşa futbolçunun özü ilə görüşəcəyik. Qarşıdakı günlərdə bu görüş baş tutacaq. Transferin alınıb-alınmayacağı da o zaman məlum olacaq. Hazırda “Xəzər Lənkəran”ın transfer siyahısında Premyer Liqada oynayan 20 futbolçu var. Əvvəl siyahıda 21 nəfərin adı var idi. Lakin həmin futbolçulardan biri artıq digər klubla müqavilə imzalayıb. Həmin siyahıda həm legionerlər, həm də yerlilər var”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31