28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Levinin "Qəbələ"yə keçidi rəsmiləşdi

 

Artıq 2013-2014 mövsümünün hazırlıqlarına başlayan “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli müdafiəçi, Azərbaycan milli komandasının üzvü Vladimir Levin ilə 2 illik müqavilə imzalanıb. 
Peşəkar futbolçu karyerasına 2001-ci ildə  Ukraynada - Odessa “Çernomorets”ində start verən Levin sözügedən komandada 2005-ci ilə qədər top qovub. 2005-ci ildə isə Levin Bakı “İnter”inə transfer olunub və “Qəbələ”yə keçidinədək paytaxt təmsilçisinin heyətində yer alıb. 
Azərbaycan yığmasının şərəfini qoruyan Vladimir Levin milli komandanın heyətində 22 oyun keçirib. 
Xatırladaq ki, futbolçunun müqaviləsi iyul ayının 1-dən qüvvəyə minəcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31