16 Dekabr 2018, Bazar günü
Ərsun Yanal yenidən "Fənərbaxça"da
“Bu gün futbolçularımdan razı qaldım”
“Qarabağ” "Arsenal"a uduzdu
Prezident Mircavadovu mükafatlandırdı

Ölkə futbolu

“Qəbələ” Qazaxıstana yollandı

"Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək. Futbolxeber.az-ın məlumatına görə, Famil Xəlilovun baş məşqçisi olduğu komanda yay fasiləsində Qazaxıstanda təşkil olunan yarışda qüvvəsini sınayacaq. Bu gün Almatı şəhərinə yollanan “qırmızı-qaralar” 4 komandanın qatıldığı dairəvi sistemli yarışın mükafatları uğrunda mübarizə aparacaq.

Sabah məşq edib, ilk tura hazırlaşacaq “Qəbələ” iyunun 5-də turnirin açılış oyununda meydana çıxacaq. Həmin gün saat 10:00-da başlayacaq matçda komanda yerli “Kayrat”la üz-üzə gələcək. Ertəsi gün futbolçular ikinci sınağa çıxacaq. Bu dəfə rəqib Almatı klublarının yığma komandası olacaq. Qarşılaşma saat 12:15-də start götürəcək. Ertəsi gün futbolçulara istirahət verən təşkilatçılar onların məşqi ilə yanaşı, şəhərə ekskursiyasını da planlaşdırıb. İyunun 8-də isə turnirin son oyunları keçiriləcək. “Qəbələ” saat 10:00-da başlayacaq matçda Qırğızıstanın “Abdış-Ata” komandası ilə görüşəcək. İyunun 9-da digər iştirakçılar kimi istirahət edəcək “qırmızı-qaralar” ertəsi gün vətənə dönəcək.

“Qəbələ” Almatı şəhərindəki turnirə 18 futbolçu ilə yollanıb. Bunlar Sərxan Osmanov, Elməddin Sultanov, Aqil Məmmədyarov, Elvin İmanlı, Faiq Hacıyev, Kamran Quliyev, Osman Soltanov, Vüsal Ələkbərli, İlkin Abdullayev, Məhəmməd Abbaslı, Nəbi Məmmədov, Əli Məzahirli, Əli Sadıqov, Rüstəm Nuriyev, Tunar Mütəllimov, Nurlan Cəfərov, Cavidan Qasımlı, Tural Əjdərlidir.

Qeyd edək ki, “Qəbələ” ötən ay başa çatan U-16 Liqasında 2-ci yeri tutub.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31





Click to Visit