29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qarabağ" - "Neftçi": finaldan öncə statistika kimin tərəfindədir?

Bu həftə Azərbaycan kubokunda final oyunu ilə 2014/15 mövsümünə yekun vurulacaq. Futbolxeber.az-ın məlumatına görə, Qəbələdə keçiriləcək qarşılaşmada ardıcıl 4-cü dəfə finala yüksələn “Neftçi” son 2 mövsümdə əldə etdiyi mükafatı qorumağa, ölkə çempionu “Qarabağ” “Qızıl dubl”a imza atmağa çalışacaq. Peşəkar Futbol Liqasının rəsmi internet saytı üz-üzə gələn cütlərin kubokdakı oyunlarının balansını təqdim edir.

Azərbaycan kuboku

Final

3 iyun

23. “Qarabağ” - “Neftçi” - 17 oyun, +7=5-5, top fərqi 12-15

Azərbaycan futbolunda ən çox üz-üzə gələn komandaların yolları kubokda 9 dəfə kəsişib. 2 dəfə 1/8, 4 dəfə 1/4, 2 dəfə yarımfinalda üz-üzə gələn rəqiblər 2-ci dəfə həlledici qarşılaşmada görüşəcək. 19 il əvvələ təsadüf edən yeganə finalda “Neftçi” qalib gəlsə də, ümumilikdə “Qarabağ” daha çox - 5 dueldə mərhələ adlayıb. Bunların birində keçirilməli olan 2 qarşılaşma baş tutmayıb. Buna həmin vaxt “Neftçi” çempionat və kubokda mübarizəni davam etdirməkdən imtinası səbəb olub. Həmin baş tutmayan duelləri texniki nəticə kimi nəzərə alsaq, “Qarabağ” 9 duel çərçivəsindəki 17 matçda daha çox qələbə qazanıb. Top fərqində isə “Neftçi” üstündür.

1993

1/4 final

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

2:1, 0:0

1993/94

1/4 final

Qarabağ (Ağdam) - Neftçi (Bakı)*

+:-, +:-

1995/96

final

Neftçi (Bakı) - Qarabağ (Ağdam)**

3:0

1996/97

1/4 final

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

3:2, 0:1   

1998/99

1/8 final

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

0:2, 0:0

2005/06

1/2 final

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

0:0, 0:1

2006/07

1/8 final

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

1:2, 1:0

2008/09

1/4 final

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

1:0, 0:0

2012/13

1/2 final

Neftçi (Bakı) - Qarabağ (Ağdam)

2:1, 2:2

* - “Neftçi” çempionat və kubokda mübarizəni davam etdirməkdən imtina etdiyi üçün bu mərhələdə oynamayıb. Bu üzdən texniki nəticələr şərti olaraq yazılıb və top fərqində nəzərə alınmayıb.

** - neytral meydanda keçirilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31