26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Razıyam, bombardir olmazdım, amma “Bakı” Avroliqaya vəsiqə qazanardı”

“Premyer Liqanın bombardiri olmağımda komandadakı hər kəsin rolu var. Çox çətin il keçirdik. Həm maddi, həm də mənəvi baxımdan. Bunun qarşılığında bombardir olmaq çox gözəl hissdi”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Bakı”nın hücumçusu, 2014/15 mövsümündə Premyer Liqanın bombardiri olan Nurlan Novruzov deyib.

Gənc forvard xüsusən “Bakı”nın məşqçisi Adnan Yazıçıoğluna minnıətdarlıq edib: “5 ildən sonra Premyer Liqanın bombardiri yerli futbolçu oldu. Buna görə çox sevinirəm. Məşqçilər heyətinə təşəkkür edirəm. Xüsusən də məşqçimiz Adnan Yazıçıoğluna. O özü də vaxtı ilə “qol kralı” olub. Mənə də çox dəstək oldu. Əvvəlki illərə nisbətən bu mövsüm daha çox qol vurdum”.

Novruzov “Bakı”nın hazırkı durumuna görə təəssüf hiss keçirdiyini qeyd edib: “Bakı” yaxşı vəziyyətdə olsaydı, daha çox sevinərdəm. Razıyam, bombardir olmazdım, amma “Bakı” Avroliqaya vəsiqə qazanardı”.

“Cari mövsümdə vurduğun ən yaxşı qol hansıdır” sualını Novruzov belə cavablandırıb: “Xəzər Lənkəran”a başla vurduğum qolu qeyd edə bilərəm. Həmçinin “Simurq”la oyundakı qolu da fərqləndirərdim”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30