16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Ruslan Abışov müəmması: mətbuatdan uzaq gəzən milli üzvü karyerasını harada davam etdirəcək?

Ruslan Abışovun “Qəbələ”də qalıb-qalmayacağı məlum deyil. Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ” rəsmiləri mətbuata verdikləri açıqlamada Abışovun komandadakı gələcək taleyinin tezliklə bəlli olacağını bildiriblər.

Son günlər Abışovun yeni mövsümdə sabiq klubu “Neftçi”də çıxış edəcəyi haqda xəbərlər səngimək bilmir. Digər tərəfdən də Abışov mövsüm başa çatdıqdan sonra “Rubin”in düşərgəsinə qayıtmalıdır. Çünki Kazan klubunun baş məşqçisi Rinat Bilyaletdinov bir müddət əvvəl bəyan edib ki, icarədə çıxış edən “Rubin”in bütün futbolçuları yeni mövsüm öncəsi klubun düşərgəsində olmalıdırlar.

Göründüyü kimi, Abışovun gələcək karyerası haqda suallar kifayət qədərdir. Digər tərəfdən isə təcrübəli futbolçu “Bakı” ilə oyundan sonra təşkil olunan mükafatlandırılma mərasimi zamanı mikrofonu əlinə alaraq, azarkeşlərə verdiyi dəstəyə görə təşəkkür edib. Ardınca isə Abışov növbəti mövsümdə “Qəbələ”nin çempionluq uğrunda mübarizə aparacağını deyib. Buna əsasən futbolçunun hazırkı klubunda qalacağını düşünmək olar. “Bakı” ilə oyundan sonra Futbolxeber.az saytı Abışovla gələcək karyerası və digər məsələlər barədə danışmaq istəsə də, təcrübəli futbolçu növbəti dəfə mətbuatdan uzaq durmağı üstün tutub. Komanda yoldaşı Rəşad Sadiqovun jurnalistlərin suallarını cavablandırdığını görən Abışov, növbəti müsahibin özü olacağını bildiyindən dərhal geri qayıdıb. Yenidən paltardəyişmə otağının yolunu tutan Ruslan, sonradan digər tərəfdən avtobusa yollanıb.

Sonda onu da qeyd edək ki, “Qəbələ”nin bəzi yerli futbolçuları son vaxtlar komandanın ev oyunları zamanı mətbuatdan uzaq durmağı üstün tuturlar. Bunun üçün isə onlar yeni üsul tapıblar. “Mix Zona”dan keçməmək üçün futbolçular paltardəyişmə otağından çıxdıqdan sonra arxa tərəfdəki yolla avtobusa üz tuturlar. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30